Icma.az
close
up
RU
Bakıda bir ay əvvəl evlənən milyoner cütlük boşandı

Bakıda bir ay əvvəl evlənən milyoner cütlük boşandı

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıdakı məşhur "Buta Palace" sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, məlumatına görə, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların "Buta Palace"dakı toyu ötən ay olmuşdu.

İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub.

Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir.

Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin "Buta Palace"dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi.

“Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat dəyərində olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu "Buta Palace"da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”, - deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb.

O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu "Buta Palace" sarayı, orada çıxış edən müğənni Röya, “Natiq” Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub:

“Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu”, - vəkil əlavə edib.

İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi “iPhone” telefonunun kimdə qaldığına da aydınlıq gətirib:

“Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf - yəni, arvad oldu. “iPhone” cihazı bizdə qaldı”.

Dövlət Statistika Komitəsinin məlumatları Azərbaycanda boşanmaların sürətlə artdığını deməyə sas verir. Rəsmi statistika görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36 651 nikah və 15 964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see700

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see436

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see394

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see372

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see324

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see306

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see292

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see280

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see209

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see207

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see194

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see184

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see180

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see179

“Neftçi” məşqləri bərpa etdi

04 Avqust 2026 00:52see176

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see174

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see172

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see171

Əzələlərimiz yaşlanmanı necə idarə edir..?

03 Avqust 2026 21:33see171

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri