Icma.az
close
up
RU
Bakıda milyoner cütlük bir ay sonra boşandı İnanılmaz səbəb

Bakıda milyoner cütlük bir ay sonra boşandı İnanılmaz səbəb

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb.

Kult.az Referans.az-a istinadən xəbər verir ki, boşanma haqda xəbəri vəkil İsrafil Əlili ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Onların “Buta Palace”dakı toyu ötən ay olmuşdu. İsrafil Əlili boşanma zamanı tərəflərdən birinin vəkil olub. Məsələnin əsas maraq doğuran tərəfi 1 ay öncə baş tutan dəbdəbəli toy mərasiminə külli miqdarda pulun xərclənməsidir. Vəkilin sözlərinə görə, sözügedən bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilmişdi. “Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda 2 otaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di gəl ki, ən sonda tərəflər arasında bazar dəyəri 2 min manat olan “iPhone” telefonunun davası gedirdi. Bu işdə insanlıq naminə məni çox üzən mənzərələrə şahidlik etsəm də, nəticədə bir müsbət hal yaşandı. Toyu “Buta Palace”da olmuş şəxsin verdiyi qonorarla özümə növbəti butalı qalstukumu aldım”, – deyə İ.Əlili boşanma hadisəsi haqda deyib.

Lakin vakil boşanan cütlüyün ad-soyadlarını açıqlamayıb. O, qısa müddətdə boşanma ilə nəticələnmiş dəbdəbəli toy mərasimində kimin qazancla çıxdığına da toxunub. Vəkilin sözlərinə görə, bu hadisədə qazanan tərəf həmin toyun baş tutduğu “Buta Palace” sarayı, orada çıxış edən müğənni Röya, “Natiq” Ritm qrupu, toy mərasiminin keçirildiyi zalı bəzmiş dekorasiya şirkəti, gəlini bəzəyən stilist Anar Ağakiyev olub: “Bir azca da mən və qalstuku aldığım geyim dükanının qazancı oldu”, – vəkil əlavə edib. İsrafil Əlili sonda boşananan ər-arvadın üstündə dava etdiyi “iPhone” telefonunun kimdə qaldığına da aydınlıq gətirib: “Bu davadan qalib çıxan vəkili mən olduğum tərəf – yəni, arvad oldu. “iPhone” cihazı bizdə qaldı”.

Dövlət Statistika Komitəsinin məlumatları Azərbaycanda boşanmaların sürətlə artdığını deməyə sas verir. Rəsmi statistika görə, bu ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2024 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri