Icma.az
close
up
RU
Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? Fantastik rəqəmlər

Bakıda bir otaqlı ev almaq neçəyə başa gəlir? Fantastik rəqəmlər

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda və şəhərə yaxın ərazilərdə bir otaqlı mənzillərə tələbat ciddi şəkildə artıb. Xüsusilə sadə təmirli və münasib qiymətli evlər bazarda ən çox maraq göstərilən mənzillər hesab olunur. Qiymətlər isə ərazidən, binanın növündən və mənzilin vəziyyətindən asılı olaraq dəyişir. Hazırda şəhər mərkəzinə yaxın yerlərdə bir otaqlı ev almaq əvvəlki illərlə müqayisədə daha yüksək büdcə tələb edir. Buna baxmayaraq, paytaxta yaxın bəzi ərazilərdə daha münasib qiymətə mənzil tapmaq hələ də mümkündür.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, Bakı və Abşeron yarımadasında son dövrlərdə ən çox tələb olunan məhz bir otaqlı mənzillərdir:
"Həm yeni tikililər, həm də köhnə tikililər arasında bir otaqlı mənzillərə maraq yüksəkdir. Köhnə tikililərdə bir otaqlı mənzillərin qiyməti orta hesabla təxminən 100 min manat civarındadır. Bu qiymət əsasən 100-110 min manat arasında dəyişir. Yeni tikililərdə isə həm sahənin daha geniş olması, həm də binaların yeni olması səbəbindən qiymətlər 150 min manatdan başlayır. Hətta şəhərin mərkəzi ərazilərində bir otaqlı mənzillər üçün 250 min manata qədər təkliflər də mövcuddur".
Ekspert deyib ki, köhnə layihəli bir otaqlı mənzillərin sahəsi təxminən 29 kvadratmetrdən 40 kvadratmetrə qədər dəyişir:
"Mənzilin kvadratına və layihəsinə uyğun olaraq qiymətlərdə də fərqlər yaranır. Ən bahalı ərazilər isə təbii ki, şəhər mərkəzinə yaxın yerlərdir. Buraya Nəsimi, Səbail, Nərimanov, Xətai və Yasamal rayonlarını misal göstərmək olar. Həmin ərazilərdə yeni tikililərdə mənzillərin qiyməti əsasən 150-200 min manat arasında dəyişir. Bəzi hallarda isə təmir vəziyyəti və yerləşməsindən asılı olaraq qiymətlər 250 min manata qədər yüksəlir.
Köhnə tikililərlə yeni tikililər arasında orta hesabla təxminən 50 min manat fərq var və bu da kifayət qədər ciddi rəqəmdir. Daha münasib qiymətə ev almaq istəyənlər isə əsasən Xırdalan, Masazır və Saray ərazilərinə müraciət edə bilərlər. Bundan əlavə, Pirallahı və Lökbatan ərazilərində də uyğun qiymətə mənzillər mövcuddur. Həmin ərazilərdə bir otaqlı mənzillərin qiyməti təxminən 60-70 min manat civarındadır. Hazırda ən çox tələb məhz bir otaqlı mənzillərə olduğu üçün onların bir kvadratmetr üzrə qiyməti bəzi hallarda iki otaqlı mənzillərlə müqayisədə daha yüksək təklif olunur",- deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri