Icma.az
close
up
RU
Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gəlir? FANTASTİK QİYMƏTLƏR

Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gəlir? FANTASTİK QİYMƏTLƏR

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni ilin yaddaqalan olmasını istəyənlər adətən bölgələrə üz tutur. Yaradılan şərait nə qədər göz oxşasada, qiymətlər də bir o qədər göz alıcıdır. Xüsusilə də turizm bölgələrində.

Manset.az Yeni il paketini təklif edən bölgələrdəki hotellərin  qiyməti ilə maraqlanıb. Məlum oldu ki, bəzi hotellərdə artıq yerlər doludur. Hətta qiymətlər od tutub yanır.

Məsələn Şəkidə yerləşən “Marxal” hoteldə artıq yerlər bron edilib. Ancaq qiymətlər əl yandırır. 31 və 1-i üçün qiymətlər 1280-2500 arası dəyişir. Bura daxildir səhər yeməyi, axşam yeməyi və yeni il qala gecəsi.

Qubadakı “Macara” hotelində qiymətlər 1550 manatdan başlayır. Qiymətə 31-i axşam yeməyi və gecə qala gecəsi, 1 Yanvarda səhər,günorta və axşam yeməyi, 2 Yanvarda isə ancaq səhər yeməyi daxildir. Giriş 31-i saat 3-də, çıxış isə 2-i saat 12-dədir.

Şuşada yerləşən “Shusha” hotelində qiymətlər 1900-3600 manat arası dəyişir. Qiymətə 31-i axşam yeməyi, əyləncə, 1-i isə səhər yeməyi və axşam yeməyi, 2-i isə ancaq səhər yeməyi daxildir.

Xankəndidəki hoteldə də yerlərin dolduğu bildirildi. Qiymətlər isə 240-740 manat arası dəyişir. Qiymətə daxildir 31-i səhər yeməyi və canlı musiqi, 1-i isə ancaq səhər yeməyi.

Lerikdə yerləşən “Relax” hotelində qiymətlər 50 və 100 manat arası dəyişir. Qiymətə 31-i səhər yeməyi və axşam yeməyi, 1-i isə səhər yeməyi daxildir. 

Bəs bölgələrdə qiymətlərin bu dərəcədə artmasına səbəb nədir? Məsələ ilə bağlı Turizm üzrə ekspert Rəhman Quliyev bildirir ki, ilin sonunda hər kəs istirahətə bölgələrə üz tutur. Bu da qiymətlərin yüksək olmasına səbəb olur. Ən çoxda bahalaşma hotelçilikdə və turizmdədir.

“ Rayonlarda fəaliyyət göstərən xüsusəndə dağlıq bölgələrdə fəaliyyət göstərən 5 ulduzlu otellərdə yeni il şou proqramı təşkil olunur. Təbii ki, burda proqramın yaxşı keçirilməsi üçün canlı musiqi və tanınmış müğənnilərin, hətta xarici müğənnilərin gəlişi təşkil olunur. Bunların qiymətidə sifariş olunan turistin invoysuna əlavə olunur ki, bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. 3 və 4 ulduzlu otellərdə isə sadə şou proqram keçirildiyinə görə qiymət biraz aşağı ola bilər.”

Ekspertlər deyir ki, qiymətlər hotellərin satış siyasətinə uyğun təyin olunur. Yəni yeni ildə təyin olunan qiymətlər adi günlərdəki qiymətlərdən 2 dəfə çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri