Icma.az
close
up
RU
Bakıda bir qrup vətəndaş niyə sayğacsız qalıb?

Bakıda bir qrup vətəndaş niyə sayğacsız qalıb?

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov prospekti, 369 ünvanındakı binanın sakinləri işıq, su, qaz sayğaclarının adlarına keçirilməməsindən şikayətçidirlər.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət ünvanlayan Zeynəb Şıxəliyeva məlumat verib.

O bildirib ki, iş adamı Rövşən Hüseynovun apartman tipli binasından 2021-ci ildən ev alıb və təmir etdirib. 2023-cü ildən etibarən həmin evdə yaşamağa başlayıb:

"Notarius da alqı-satqı müqaviləsi ilə bizə bu evi satılıb. Evi aldıqdan sonra 30 gün müddətində sənədlər hazırlanıb, çıxarışımı götürmüşəm. Fərdi-paylı çıxarış verilib. Biz bura köçəndən bu yana işıq, qaz, su üçün ödənişləri komendant Səxavətin bank kartına ödəniş edirik, o da müvafiq qurumlara ödədiyini deyir, amma bizə heç bir çek təqdim olunmur. Heç bir sayğac adımıza deyil.

Bir müddət sonra sayğac qoydular, onların da bazardan alınma olduğunu bildirirlər. Hər dəfə deyəndə bizim sayğacları adımıza keçirin bəhanə gətirirlər ki, düzələcək. Burada 13-14 ailə yaşayır. Hamı eyni vəziyyətdən şikayətçidir. Bizim şikayət etdiyimizi biləndə komendant bizi hədələdi ki, siz şikayət etmisiniz, bundan sonra işıq, qaz, suyunuz kəsiləcək, üstəlik qanunsuz olaraq biz sənədlərimizi tələb etdiyimiz halda bizdən kommunal ödəniş istəyir. Cibimizdən verib qoydurduğumuz domofonu ayırıb, bloku işıqsız qoyub. Heç kimi evimizə qeydiyyata sala bilmirik. İndi nə adımıza sayğac verirlər, nə də qeydiyyata ailə üzvlərimizi sala bilirik".

Məsələ ilə bağlı sözügedən komendant Səxavət Piriyev açıqlamasında bildirib ki, sözügedən ünvanda sayğaclar artıq quraşdırılıb, yaxın günlərdə abonent kodları vətəndaşların adlarına keçirilərək onlara təhvil veriləcək:

"Bütün bunlar proseslə olan şeylərdir. Birdən-birə icra edilmir. Bütün sayğaclar quraşdırılıb. İşığın, suyun, qazın sayğacı qoyulub, yüksək səviyyədə də təmin olunub vətəndaşların istifadəsinə verilib. Burada bircə abonent kodlarının verilməsi qalıb, yaxın günlərdə həmin kodlar sakinlərin adlarına keçiriləcək".

Komendant paylı çıxarış verilməsi məsələsinə də aydınlıq gətirilib:

"Sakinlərin yaşadığı ünvandakı mənzillər apartman tipli mənzillərdir. Bu tip mənzillərdə alqı-satqı zamanı paylı çıxarış verilir. Özləri nə vaxt istəsələr, toplaşıb ərizə ilə məhkəməyə müraciət edib sənədlərini ala bilərlər. Burada çətin bir məsələ yoxdur".

Səxavət Piriyev hədələmə iddialarının əsassız olduğunu bildirib:

"Hansı dövrdə yaşayırıq ki, kimsə, kimisə hədələsin? Müstəqil ölkədə yaşayırıq. Qayda-qanun var, bu qaydalar əsasında da işlərimizi görürük".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, sözügedən ünvanın ümumi girişində sayğac var və ümumi sərfiyyata əsasən aylıq məbləğ ödənilir:

"Binadakı sakinlərin ayrılıqda sayğacı yoxdur. Qeyd olunan ünvanda abonentlərin ayrı-ayrılıqda sayğaclaşdırılması üçün yaşayış binasının sahibi xidmətə və ya müvafiq rayon sukanal idarəsinə binanın istismara qəbul olunması ilə bağlı müraciət etməlidir".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri