Mask seçkiyə xərclədiyi 446 milyon dollara görə peşman oldu
Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın milyarder iş adamı, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask Respublikaçılar Partiyasının namizədlərini dəstəkləmək üçün xərclədiyi 446 milyon dollarla bağlı etiraf edib.
Banco.az xəbər verir ki, Mask bu qədər vəsait xərcləməsini “olduqca axmaqcasına hərəkət” kimi qiymətləndirib. O, açıqlamasını ABŞ-da keçirilən ara seçkilərdən sonra verib.
Məlumata görə, Mask ara seçkilər zamanı Respublikaçı namizədlərə dəstək məqsədilə 446 milyon dollar ianə edərək ABŞ-da seçkilərə ən çox fərdi vəsait ayıran donor olub. O, xüsusilə "Tesla" və "SpaceX" şirkətlərinin fəaliyyət göstərdiyi Texas ştatındakı namizədlərin kampaniyalarına böyük məbləğdə pul xərcləyib.
Mask Respublikaçı namizədlərə göstərdiyi maliyyə dəstəyindən gözlədiyi nəticəni əldə etmədiyini etiraf etsə də, bu dəstək olmasaydı, namizədlərin daha ağır məğlubiyyətlə üzləşə biləcəyini iddia edib.
Ara seçkilərdə Demokratların qələbəsi Maskın biznes maraqları baxımından da əhəmiyyət daşıyır. Belə ki, Demokratlar texnologiya şirkətlərinə nəzarətin gücləndirilməsini və məlumat mərkəzlərinə yatırılan investisiyaların daha sərt qaydalarla tənzimlənməsini dəstəkləyirlər.
Xüsusilə SpaceX-in fəaliyyət göstərdiyi ştatlarda məlumat mərkəzlərinin genişlənməsi və bu obyektlərə verilən vergi güzəştləri ilə bağlı yeni məhdudiyyətlərin tətbiqi gündəmə gələ bilər.
Bundan başqa, Demokrat qanunvericilər Donald Trampın yenidən prezident seçilməsindən sonra SpaceX-in əldə etdiyi təxminən 10 milyard dollarlıq dövlət müqavilələrinin araşdırılmasını tələb ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Noyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















