Icma.az
close
up
RU
Bakıda Birinci Autizm Maarifləndirmə Forumu keçirilib

Bakıda Birinci Autizm Maarifləndirmə Forumu keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 aprel, AZƏRTAC

İDDO Psixi Sağlamlıq Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşlığı çərçivəsində Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova xüsusi qayğıya ehtiyacı olan fərdlərin cəmiyyətə inteqrasiyası və sosiallaşmasının əsas şərt olduğunu və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin maariflənməsi üçün bir araya gəlməyin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında qeyd edib ki, belə forumların ardıcıl olması vacibdir. Əsas məqsəd autizm haqqında maarifləndirmə işinin aparılması olmalıdır ki, onların sosiallaşmasında ümumi cəmiyyət olaraq birgə fəaliyyət göstərə bilək.

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli isə forumda yalnız bir mövzunun deyil, anlayış və insanlıq dəyərlərinin müzakirə edildiyini bildirib. O qeyd edib ki, autizm tibbi diaqnoz olsa da, həm də çağırışdır: “Bunu görmək üçün yalnız gözlərimizə deyil, ürəyimizə də ehtiyacımız var. Autizmli fərdlər dünyanı bizim kimi görməyə bilər, amma bu, o demək deyil ki, onların dünyası daha az dəyərlidir”.

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında hazırda bu uşaqlarla işləyərkən pedaqoji yanaşmaya üstünlük verildiyini bildirib: “TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının işbirliyi nəticəsində qurulacaq olan yeni inkişaf sistemi pedaqoji yanaşmadan psixoloji yanaşmaya keçidi təmin edəcək. Belə ki, uşaqların 6 ayından psixoloji diaqnostikasının aparılmasına nail olmaq üçün həkimlərlə psixoloqlar birlikdə əməkdaşlıq edərək ilkin diaqnostikanı həyata keçirə biləcəklər. Cəmiyyət olaraq maariflənsək və bir yerdə mübarizə aparmağı bacarsaq, ilkin yaş dövründə problemin aşkarlanmasına nail ola bilərik. Doğru yanaşma onları bizdən ayrı deyil, məhz eyni cəmiyyətin üzvü kimi formalaşdıra və bizdən biri olaraq inkişaf etdirə bilər. Bu yolda valideynlərin əməyi bəzən görünməz olur, amma təsiri sonsuzdur. Onlar hər gün səssiz bir mübarizə aparırlar. Biz də cəmiyyət olaraq bu valideynlərə dəstək olmalıyıq”.

Tədbir zamanı vurğulanıb ki, mərkəzlərdə tətbiq olunan proqramların əsas elmi yanaşması pedaqoji inkişafyönümlüdür. Bu hal isə uşaqlarda ilkin diaqnostikanın aparılmasında çətinlik yaradır. Yəni, psixoloji yanaşmada 6-9 ayında ilkin diaqnostika aparmaq imkanı var ikən, pedaqoji yanaşmada bu 2-3 yaşda nəzərdə tutulur. Yeni yanaşma problemin erkən aşkar olunması və aradan qaldırılması üçün müəyyən tədbirlərin görülməsinə imkan verəcək.

R.Nəzərli onu da qeyd edib ki, yeni qurulan sistem cari sistemin fəaliyyətinə mənfi təsir etməyəcək: “Çünki yeni sistemdə pedaqoji yanaşma deyil, psixoloji yanaşma tətbiq olunacaq. Bu isə o deməkdir ki, fəaliyyət göstərən mərkəzlərin işinə müdaxilə olunmadan yeni psixoloji yardım mərkəzləri yaradılacaq. Yeni yaranan mərkəzlər isə peşəkar psixoloji diaqnostika ilə fərqlənəcək”.

Forumun təşkilində məqsəd cəmiyyətin maariflənməsi, autizmin diaqnostikası və reabilitasiyasında tətbiq edilən son yeniliklər və elmi tədqiqatların təqdim edilməsi olub. Forumda tədris müəssisələrinin psixoloqları, tibb müəssisələrinin psixoloqları, universitetlərin müəllim və tələbələri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri