Icma.az
close
up
RU
Autizm Maarifləndirmə Günü münasibətilə tədbir keçirilib

Autizm Maarifləndirmə Günü münasibətilə tədbir keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Aprelin 2-də 268 nömrəli Xüsusi Təhsil Məktəbində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və Milli Məclisin deputatı Ceyhun Məmmədovun iştirakı ilə "Autizm Maarifləndirmə Günü" münasibətilə tədbir keçirilib. 

Tədbirin keçirilməsində əsas məqsəd autizm spektr pozuntusu olan uşaqlara cəmiyyətin diqqətini yönəltmək, onların təhsili və inkişafı üçün görülən işləri ictimaiyyətə çatdırmaq idi.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova və Şuranın üzvü Sevinc Məhməliyeva, eləcə də müxtəlif qurumların nümayəndələri, pedaqoqlar və valideynlər iştirak etdiblər.

Açılış nitqi ilə çıxış edən 268 nömrəli Xüsusi Təhsil Məktəbinin direktoru Farizə Teymurzadə məktəbin fəaliyyəti və xüsusi təhsilin əhəmiyyəti barədə məlumat verib. O, pedaqoji heyətin xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğının, onların inkişafı üçün tətbiq edilən müasir metodların vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkəmizdə xüsusi təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edərək, dövlətin bu sahəyə xüsusi önəm verdiyini bildirib.

İctimai Şuranın sədri professor Hikmət Əlizadə isə çıxışında xüsusi təhsil sahəsində həyata keçirilən islahatların vacibliyini vurğulayaraq, cəmiyyətin bu prosesdə daha fəal iştirak etməsinin əhəmiyyətini qeyd edib.

İctimai Şuranın katibi, inklüziv təhsilin inkişafına dair bir sıra layihələrə rəhbərlik edən Günay Əkbərova çıxışında xüsusi təhsilin cəmiyyətin rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, müəllimlərin və valideynlərin üzərinə düşən məsuliyyəti vurğulayaraq bu sahədə maarifləndirmənin və peşəkar hazırlığın artırılmasının vacibliyini qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Sevinc Məhməliyeva inklüziv təhsil sisteminin təkmilləşdirilməsinin yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün deyil, bütövlükdə cəmiyyətin sosial inkişafı üçün mühüm olduğunu bildirib. 

Tədbir çərçivəsində valideynlər, pedaqoqlar, defektoloqlar və loqopedlər də müzakirələrdə fəal iştirak etdilər. Onlar autizmli uşaqlar üçün təhsil imkanlarının genişləndirilməsi, müəllimlərin peşəkar inkişafı və yeni metodların tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar. Valideynlər öz suallarını və təkliflərini səsləndirərək, xüsusi təhsilin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə müzakirələr aparıblar. 

Tədbirin sonunda Ceyhun Məmmədov pedaqoji heyətə öz müəllifi olduğu "Gənclərə Tövsiyə" kitabını hədiyyə etdi. Tədbir iştirakçıları xatirə şəkilləri çəkdirərək bu əlamətdar günün əhəmiyyətini bir daha vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri