Icma.az
close
up
RU
Bakıda “Biznes hüququ” mövzusunda 9 cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub

Bakıda “Biznes hüququ” mövzusunda 9 cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 iyul, AZƏRTAC

ELSA Azərbaycanın təşkilatçılığı və Gənclər Fondu, Vəkillər Kollegiyası, Gənclər Təşkilatları Milli Şurası, “Dentons Bakı” şirkəti, “Turan Legal and Tax Services” şirkəti, “KPMG Azərbaycan” şirkəti, “PwC Azərbaycan” şirkəti, “Legalize” hüquq şirkəti, “Sirab”, “HARİKA”, “Bergtea”nin dəstəyi ilə Bakı şəhərində keçirilən “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi keçirilib.

ELSA Azərbaycan təşkilatından AZƏRTAC-a bildiriblər ki, Gənclər Fondunun 7 saylı Bakı "ASAN xidmət" mərkəzində təşkil olunan mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.

Mərasimdə çıxış edən ELSA Azərbaycanın prezidenti Nazim Çələbiyev tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb və dəstək göstərən qurumlara təşəkkür edib.

ELSA Azərbaycanın Seminarlar və konfranslar üzrə vitse-prezidenti Tünzalə Mustafazadə layihənin gedişatı və onun hüquq təhsili alan tələbələr üçün əhəmiyyəti barədə danışıb.

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq ələqələr üzrə meneceri Nəriman Əliyev təşkilatın fəaliyyətindən və ELSA Azərbaycanla uğurlu əməkdaşlıqdan bəhs edib.

“Turan Legal and Tax Services” şirkətinin hüquq meneceri Rəşad Cahangirov çıxış edərək şirkətin fəaliyyəti barədə məlumat verib.

Mərasimin sonunda ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Ənvər Hüseynov akademik proqram barədə məlumat verib və həmin proqram başlanıb.

Qeyd edək ki, 9-cu Beynəlxalq Yay Hüquq Məktəbi çərçivəsində iyulun 13-dək keçiriləcək silsilə təlimlərdə Belçika, İtaliya, Albaniya, Almaniya, Yunanıstan, Serbiya, Birləşmiş Krallıq və digər Avropa ölkələrindən olan ümumilikdə 50 hüquq təhsili alan tələbə biznes hüququna dair baza biliklər əldə etməklə yanaşı, mədəni və sosial proqramlar vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see326

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see208

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see187

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see180

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see180

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see168

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see131

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see130

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri