Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Qarabağ bu gün təkcə coğrafi məkan deyil, həm də tarixin, yaddaşın, dirçəlişin canlı nümunəsidir. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, Böyük Qayıdış prosesi regionu həm də tədricən yeni bir turizm mərkəzinə çevirir. Yol-nəqliyyat infrastrukturu, beynəlxalq hava limanları, müasir şəhərsalma yanaşması və təhlükəsiz mühit işğaldan azad edilmiş ərazilərimizdə turizm potensialını gündən-günə artırır.

Bəs hazırda Qarabağda turizm necə formalaşır və gələcəkdə hansı istiqamətdə inkişaf edəcək?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran turizm bələdçisi Samir Abdullayev qeyd edilən sahədə inkişaf üçün vacib infrastruktur prioritetlərindən, Qarabağın turizm brendinin formalaşmasından, beynəlxalq bazarda regionun cəlbediciliyindən və digər bu kimi məsələlərdən danışıb.

- Samir bəy, ümumiyyətlə, turist axınının artması üçün hansı infrastruktur prioritetdir?

- Turist axınının davamlı şəkildə artması üçün infrastruktur mərhələli və məqsədyönlü şəkildə qurulmalıdır. Birinci və ən vacib olan nəqliyyat infrastrukturudur. Yeni avtomobil yolları, tunellər və xüsusilə Füzuli, Zəngilan və Laçın hava limanları Qarabağın əlçatanlığını ciddi şəkildə artırır. Turist üçün ilk rahatlıq bölgəyə təhlükəsiz və sürətli çatmaqdır. İkinci prioritet yerləşmə və xidmət infrastrukturudur. Hotellər, butik hotellər, ekoloji kənd evləri və qonaq evləri mərhələli şəkildə inkişaf etdirilməlidir. Qonaq bölgədə gecələyə bilmirsə, turizm davamlı ola bilməz. Üçüncü vacib məsələ peşəkar turizm xidmətləridir. Bələdçilər, nəqliyyat xidməti, informasiya mərkəzləri və çoxdilli yönləndirici lövhələr turist təcrübəsinin keyfiyyətini müəyyən edir.

Dördüncü istiqamət rəqəmsal infrastrukturdur. Onlayn rezervasiya sistemləri, rəsmi turizm platformaları, xəritələr və mobil tətbiqlər xüsusilə xarici turistlər üçün böyük əhəmiyyət daşıyır. Nəhayət, təhlükəsizlik və idarəetmə infrastrukturu əsas şərtdir. Qarabağda bu məsələ dövlət tərəfindən yüksək səviyyədə təmin olunur və bu da turist üçün əsas güvən faktorudur. Ümumilikdə deyə bilərəm ki, Qarabağda turizm infrastrukturu yalnız fiziki obyektlərdən ibarət deyil, rahatlıq, təhlükəsizlik və keyfiyyətli xidmətin bir sistem kimi qurulmasıdır. Bu sistem formalaşdıqca turist axını da təbii şəkildə artacaq.

- Bəs, Qarabağın turizm brendi necə formalaşmalıdır?

- Mənim fikrimcə, Qarabağın turizm brendi təkcə bir istirahət məkanı kimi deyil, tarix, yaddaş və dirçəlişin simvolu kimi formalaşmalıdır. Bu brendin əsasını ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə həyata keçirilən azadlıq və yenidənqurma siyasəti təşkil edir. Qarabağ bu gün təkcə azad olunmuş ərazi deyil, dövlət başçısının birbaşa nəzarəti ilə tamamilə yeni bir inkişaf modelinin tətbiq edildiyi regiondur. Qarabağın turizm brendi üç əsas sütun üzərində qurulmalıdır. Birinci sütun tarixi və mədəni irsdir. Şuşa başda olmaqla Qarabağ şəhərləri Azərbaycan mədəniyyətinin beşikləridir. Bu irs turistə sadəcə göstərilməməli, peşəkar hekayəçiliklə izah edilməlidir.

İkinci sütun dirçəliş və yenidənqurma prosesidir. Dağıdılmış şəhərlərin bu gün qısa müddətdə müasir standartlarla bərpa olunması Qarabağı dünyada nadir post-münaqişə turizmi nümunəsinə çevirir. Bu prosesin arxasında Prezident İlham Əliyevin siyasi iradəsi və strateji baxışı dayanır.

Üçüncü sütun isə təhlükəsizlik və perspektivlərdir. Qarabağ bu gün dövlət tərəfindən tam təmin olunan təhlükəsizlik şəraitində turistlər üçün açılır və planlı şəkildə beynəlxalq turizm xəritəsinə daxil edilir. Turizm bələdçisi kimi hesab edirəm ki, Qarabağın brendi süni reklamla yox, reallıq, faktlar və canlı təcrübə üzərindən formalaşmalıdır. Turist Qarabağa gəlib gördüyünü dünyaya danışmalıdır. Əsl brend bu ola bilər.

- Qarabağ beynəlxalq turizm bazarında hansı ölkələr üçün daha cəlbedicidir?

- Düşünürəm ki, Qarabağ beynəlxalq turizm bazarında əsasən tarix, mədəni irs və post-münaqişə prosesləri ilə maraqlanan ölkələr və onların əhalisi üçün daha cəlbedicidir. İlk növbədə Türkiyəni qeyd etmək lazımdır. Ortaq tarix, mədəni bağlar və Qarabağın azad olunması ilə bağlı Türkiyə ictimaiyyətində formalaşan xüsusi maraq bu bazarı ön plana çıxarır. Türk turistlər Qarabağa həm turizm, həm də mənəvi baxımdan böyük maraq göstərirlər. İkinci əsas istiqamət Avropa ölkələridir. Xüsusilə Almaniya, Fransa, İtaliya və Şərqi Avropa ölkələrini qeyd etmək lazımdır. Bu turistlər Qarabağı daha çox tarixi irs, dağıdılmış və bərpa olunan şəhərlər, "açıq səma altında muzey" konsepsiyası və müharibədən sonrakı yenidənqurma prosesi prizmasından kəşf edirlər. Onlar üçün Qarabağ unikal və öyrədici bir turizm məkanıdır.

Eyni zamanda, Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi ölkələr də Qarabağa maraq göstərirlər. Ortaq mədəni köklər və tarixi bağlılıq bu diqqəti daha da artırır. Ümumilikdə isə Qarabağın üstünlüyü ondadır ki, bu bölgə kütləvi istirahət turizmindən çox, maarifləndirici, mədəni və yaddaş turizmi axtaran beynəlxalq turistlər üçün cəlbedicidir. Bu xüsusiyyət Qarabağı yaxın illərdə seçilmiş və dəyərli bir turizm istiqamətinə çevirir.

- Qarabağda hansı yeni turizm marşrutları formalaşır?

- Hazırda Qarabağda turizm planlı şəkildə və mərhələli formada inkişaf etdiyinə görə, yeni turizm marşrutları da paralel olaraq yaranır. Əsas marşrut Füzuli-Şuşa istiqamətidir. Bu istiqamət artıq Qarabağa girişin simvoluna çevrilib. Füzuli Beynəlxalq Hava Limanından başlayan yol turistlərə qısa zamanda Qarabağın mərkəzi olan Şuşaya çatmaq imkanı yaradır. İkinci əsas marşrut Şuşa-Ağdam xəttidir. Ağdamın "açıq səma altında muzey" konsepsiyası bu marşrutu xüsusilə maraqlı edir. Burada turistlər həm dağıntıların miqyasını, həm də aparılan bərpa prosesini yerində müşahidə edirlər. Üçüncü istiqamət Zəngilan-Cəbrayıl-Qubadlı marşrutudur. Bu xətt daha çox təbiət və ekoturizm yönümlüdür. Zəngilanın "ağıllı kənd" layihələri, Arazboyu ərazilər və yaşıl zonalar turistlər üçün yeni təcrübə yaradır. Eyni zamanda, Kəlbəcər-Laçın istiqaməti formalaşmaqda olan perspektiv marşrutlardan biridir. Dağ turizmi, mineral sular və yay turizmi baxımından bu bölgə gələcəkdə Qarabağın əsas turizm mərkəzlərindən birinə çevrilə bilər.

Bu marşrutlar təkcə coğrafi xətt deyil, tarix, yaddaş və dirçəliş hekayələrinin birləşdiyi turizm yollarıdır. Qarabağ turizmi artıq klassik modeldən çıxaraq tematik və maarifləndirici marşrutlar üzərində qurulur.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri