Icma.az
close
up
RU
Bakıda biznesmenin evindən seyf oğurlandı Dostu həbs edildi

Bakıda biznesmenin evindən seyf oğurlandı Dostu həbs edildi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan və Rusiyada bizneslə məşğul olan şəxsin Biləcəridəki evindən içi dolu pulla seyfini oğurlayan dostuna hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi şossesi, "Greenville” yaşayış kompleksində baş verib. Hadisəyə görə, 5 avqust 1997-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Orxan S. saxlanılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs "Greenville” yaşayış kompleksində yaşayan biznesmen dostu, həmeyrlisi Kənana balıq tutmaq üçün Sabirabad rayonuna getməyi təklif edib. Onlar razılaşaraq, 24 aprel 2024-ci ildə Sabirabad rayonuna gediblər. Qərara gəliblər ki, 26 apreldə balıq tutmağa gedəcəklər. 

Aprelin 25-də Orxan S. Bakıya qayıdaraq, səhər saat 9.00 radələrində 8-ci km bazarına gedib və oradan 12 manata lom alıb. Həmin lomla "Greenville” yaşayış kompleksində Kənanın evinin qapısını açaraq seyfini oğurlayıb. Daha sonra seyfi lomla açaraq, içərisindəki 75 min manat pulu götürüb. Seyfi isə "Greenville” yaşayış kompleksində zibilliyə atıb. 

Orxan həmin pulun 15 min manatını atasına verib, 24.400 manatını Sabirabaddakı evində gizlədib. Qalan vəsaiti isə xərcləyib. Daha sonra heç nə olmamış kimi 26 aprel tarixində Kənanla balıq tutmağa gediblər. Həmin gün axşam saatlarında "Greenville” yaşayış kompleksinin komendatı Kənana evindən oğurluq olması ilə bağlı məlumat verib. 

Aparılan araşdırma zamanı oğurluğu Orxan tərəfindən törətdiyi məlum olub. Məhkəmənin qərarı ilə Orxan Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, evindən oğurluq edilən Kənan ticarətlə məşğul olur. Onun Bakıda qadın paltarları, Sabirabadda ərzaq mağazaları, Rusiyada isə başqa biznesi var. Onun Sabirabadın Ətçələr kəndindən olan dayısı Mirfəttah Sadıqov rayonda tanınmış şəxslərdəndir. 

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri