Icma.az
close
up
RU
Bakıda BRAF ın 11 ci toplantısı keçirilib FOTO

Bakıda BRAF ın 11 ci toplantısı keçirilib FOTO

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 12-ci toplantısı payızda Albaniyada keçiriləcək.

APA xəbər verir ki, bu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) Bakıda keçirilən 11-ci Toplantısında elan edilib.

Toplantını giriş nitqi ilə açan Audiovizaul Şuranın sədri İsmət Səttarov foruma qatılan qonaqları salamlayıb, qarşıda duran məsələlərdən danışıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Daimi Baş katibinin birinci müavini Merve Safa Kavakçı Qara Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla daha yaxın əməkdaşlıqların qurulmasının əsas prioritetləri olduğunu deyib:

"Audiovizual medianın tənzimlənməsi, media xidmətlərində uşaqların müdafiəsi və digər sahələrdə əməkdaşlıq, layihələrin həyata keçirilməsi üçün Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq qarşımızda duran əsas hədəfdir".

O qeyd edib ki, BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.

Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun baş katibi Deniz Güçer isə çıxışında uşaqların mediada məruz qaldığı zərərli kontentlərə diqqət çəkib. Baş katib qeyd edib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.

"Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir", - o bildirib.

Qeyd edək ki, Serbiya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının 30-dək rəhbər və səlahiyyətli nümayəndələrinin, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Medianın İnkişafı Agentliyinin məsul şəxslərinin, media təmsilçilərinin bir araya gəldiyi toplantının əsas mövzusu “Media xidmətlərində uşaqların müdafiəsi” olub.

Toplantıda “Uşaqların müdafiəsi sahəsində hüquqi tənzimləmə və onun effektiv icrası” və “Uşaqların müdafiəsidə media savadlılığının və valideyn nəzarətinin rolu” mövzularında panel sessiyaları təşkil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri