Pilot lisenziyası dayandırıldı Uzun müddətdir uçmurmuş
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya Kansleri Fridrix Mertsin şəxsi pilot lisenziyası dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti məlumat yayıb.
Buna səbəb isə kanslerin bir müddətdir təyyarə sükanı arxasına keçməyi dayandırması olub. Belə ki, pilot lisenziyasının qüvvədə qalması üçün onun sahibi mütəmadi olaraq təcrübə keçməli və təyyarə idarə etməlidir.
Ehtimal olunur ki, Almaniya hökumətinin başçısı hazırda vaxt çatışmazlığına görə bu hobbisi ilə məşğul olmağı dayandırıb.
71 yaşlı kansler şəxsi pilot lisenziyasını hələ 2009-cu ildə əldə edib, sonradan isə “Diamond DA62” tipli yüngülmühərrikli təyyarə alıb. O, 2022-ci ildə keçmiş siyasətçi Kristian Lindnerin toyunda iştirak etmək üçün öz təyyarəsi ilə Zilt adasına uçduqda medianın diqqətini cəlb etmişdi.
Mertz həftəsonu yenidən yüngülmühərrikli təyyarənin kabinəsində olarkən fotokameraların obyektivinə tuş gəlib. Bu dəfə o, partiyası Xristian Demokrat İttifaqının (XDİ) əyalət qurultayında iştirak etmək üçün Berlindən Şlezviq-Holşteyn federal əyalətindəki Noymünster şəhərinə uçub. Bəzi KİV-lərin Mertsin təyyarəni özünün idarə etdiyini zənn etməsinə baxmayaraq, bu dəfə o, təyyarədə sadəcə sərnişin olub.
Bununla yanaşı, qəzet kanslerin şəxsi təyyarəsini satdığını iddia edib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Noyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















