Icma.az
close
up
RU
Bakıda bu ünvanlarda saxta proteinlər satılır AÇIQLAMA

Bakıda bu ünvanlarda saxta proteinlər satılır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son illərdə idman qidalarına marağın artması həm onlayn platformalarda, həm də mağazalarda bu məhsulların əlçatanlığını artırıb. Lakin bu artım özü ilə bərabər ciddi sağlamlıq riskləri və qanun pozuntuları da gətirir. Qida Təhlükəsizliyi Agentliyinin Bakıdakı idman zallarında və mağazalarında keçirdiyi son monitorinqlər vəziyyətin kifayət qədər ciddi olduğunu üzə çıxarıb.
Yoxlanılan 17 müəssisənin 16-da idman qidalarının satışı aparılsa da, həmin obyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Xətai rayonundakı “Wolf Fitness” və Sabunçu rayonundakı “Arslan” fitnes zallarında müvafiq icazə sənədləri olmadan müxtəlif növ protein və arıqlama məhsullarının qanunsuz satışı müəyyən edilib. Agentliyin əməkdaşları tərəfindən həmin məhsullardan nümunələr götürülərək laboratoriyaya göndərilib və satışdan kənarlaşdırılıb.
Problemin digər tərəfi isə etiketlənmə ilə bağlıdır. “İRON MAXX”, “Whey.az”, “Protein Shop” kimi mağazalarda, həmçinin bir neçə idman kompleksində üzərində Azərbaycan dilində məlumat olmayan məhsullar aşkarlanıb. Bu, istehlakçıların nə qəbul etdikləri barədə düzgün məlumat almasına mane olur ki, bu da sağlamlıq üçün birbaşa təhlükədir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, idman qidaları dərman vasitəsi deyil və bu məhsullar, o cümlədən digər qida əlavələri tam şəkildə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır:
"Satışın sərbəst olması mümkündür və bu, normaldır, proteinləri həm apteklərdə, həm də müxtəlif mağazalarda və onlayn platformalarda tapmaq olar. Lakin onların saxlanma şəraiti, istifadə müddəti və digər tələblər mütləq nəzərə alınmalıdır.
Təəssüf ki, son 20 ildə populyarlaşan bu vasitələr hər kəs üçün eyni şəkildə faydalı olmur. Verilən məlumatlara görə, bəzi hallarda idman proteinləri insanların orqanizmində istənilən nəticəni vermir və hətta daxili orqanlara mənfi təsir göstərə bilər. Bu səbəbdən istehlakçıların məhsullar barədə məlumatlı olması, düzgün dozada və məqsədə uyğun istifadə etməsi vacibdir".
Ekspert vurğulayır ki, proteinlərin düzgün istifadə edilməməsi daxili orqanlara və maddələr mübadiləsinə ciddi zərər vura bilər.
Qeyd edək ki, hazırda paytaxtda monitorinqlər davam edir və qanunsuz fəaliyyət göstərən obyektlərlə bağlı tədbirlər görülür.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri