“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi ŞƏRH
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyevin Xankəndidə Zəfər Muzeyinin yaradılacağını açıqlaması Ermənistanın işğalçılıq siyasətinin necə iflasa uğradığını bir daha nümayiş etdirir.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu barədə siyasi şərhində yazıb.
Müəllif diqqətə çatdırıb ki, Zəfər Muzeyinin keçmiş separatçı rejimin fəaliyyət göstərdiyi binada yaradılması xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyevin sözlərinə görə, vaxtilə Azərbaycana qarşı təcavüzün və işğalçılıq siyasətinin mərkəzi olan həmin binada indi Azərbaycan xalqının tarixi Zəfərini əks etdirən muzey fəaliyyət göstərəcək.
Asif Nərimanlı qeyd edib ki, Birinci Qarabağ müharibəsindən sonra Koçaryan-Sarkisyan cütlüyü “yenilməz erməni ordusu”, “görkəmli erməni sərkərdələri” kimi miflər formalaşdıraraq cəmiyyətdə Azərbaycan üzərində üstünlük təsəvvürü yaratmağa çalışırdı. “Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” kimi bəyanatlar da bu təkəbbürlü siyasətin ifadəsi idi.
Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda keçmiş “Qarabağ klanı”nın hakimiyyətdən getməsi sülh prosesinə ümidləri artırsa da, Paşinyan hakimiyyəti də revanşist iddialardan əl çəkmədi. Sülh danışıqlarını nəticəsiz qoyan cəhdlər, Tovuz döyüşlərinə səbəb olan təxribatlar və “yeni müharibə – yeni ərazilər” tezisi müharibəni qaçılmaz etdi.
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan üçün tarixin ən böyük ironiyası vaxtilə Bakıya tanklarla gəlmək və burada çay içmək arzusunda olanların öz iddialarının tam əksini yaşaması oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın illərlə yaratdığı “yenilməz ordu” mifini dağıtdı və işğal altındakı torpaqlarımızı azad etdi.
Müəllif xatırladıb ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi texnikası məhv edildi, bir hissəsi isə qənimət kimi götürüldü. Bu gün həmin texnikanın bir qismi Bakıda yerləşən Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Beləliklə, ermənilərin vaxtilə arzuladıqları tanklar Bakı küçələrinə başqa bir şəkildə – qənimət kimi gətirildi.
Asif Nərimanlının fikrincə, “Bakıda çay içmək” iddiasının ikinci mərhələsi də 2023-cü il sentyabrın 20-də başa çatdı. Ermənistan tərəfi 44 günlük müharibədən sonra da Xankəndi, Xocalı və Xocavənd daxil olmaqla Qarabağın bir hissəsində separatçı rejimin mövcudluğunu qoruyub saxlaya biləcəyini düşünürdü. Lakin antiterror tədbirləri nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu.
Müharibə cinayətlərində ittiham olunan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digər şəxslər Bakıya gətirilərək məhkəmə qarşısına çıxarıldılar.
Beləliklə, vaxtilə Bakıda çay içəcəklərini bəyan edənlər bu gün Azərbaycan həbsxanalarında cəzalarını çəkirlər. Ermənistanın illərlə qurduğu işğalçılıq planları və revanşist xülyaları iflasa uğrayıb. “Bakıda çay içmək” arzusu isə onların təsəvvür etdiyinin tam əksinə gerçəkləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 08 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















