Icma.az
close
up
RU
Bakıda çay içmək istəyən separatçıların aqibəti

Bakıda çay içmək istəyən separatçıların aqibəti

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atsa da, sülh danışıqlarından boyun qaçırırdı. Ərazilərimizdə hərbi təxribatlar davam edirdi. Azərbaycan Ordusunun mövqeləri atəşə tutulurdu. Belə bir məqamda qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması zərurətə çevrilmişdi.

Proseslər Azərbaycan lideri tərəfindən diqqətlə izlənilirdi. Xəbərdarlıqlara baxmayaraq, Qarabağa hərbi sursat və silah daşınır, ərazilərimizin minalanması davam edirdi. Basdırılan minalar isə Ermənistan istehsalı idi. Şübhəsiz ki, yeni istehsal tarixi olan minalar Laçın-Xankəndi yolu vasitəsilə gətirilirdi. Həmin yola isə Rusiya sülhməramlıları nəzarət edirdilər. Azərbaycan tərəfinin yüksək səviyyədə müraciətlərinə baxmayaraq, Rusiya tərəfi birgə nəzarətə razılıq vermirdi.

Nəhayət, sərhədçilərimiz aprel ayının 23-də Həkəri çayının üzərindəki körpüdə yerləşdilər. Beləliklə, qanunsuz silah-sursatların daşınması bir müddət mümkünsüz oldu. Amma hərbi təxribatlar yenidən törədildi. Ermənistan dövlətinin tör-töküntüləri Azərbaycanı humanitar blokada şəraiti yaratmaqda ittiham edirdilər.

Hər şey beynəlxalq müstəvidə Azərbaycanı sıxışdırmağa, haqlı olduğu halda haqsız vəziyyətə salmağa hesablanmışdı. Məlumdur ki, vəziyyət təqdim edildiyindən tamam fərqli idi.

İş o yerə çatdı ki, 2023-cü ilin sentyabrın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin "ildönümü" ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da isə Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkisi" keçirildi. Açıq-aşkar separatçı qüvvələrə Ermənistan hakimiyyəti tərəfindən maddi-siyasi dəstək verilirdi.

Bütün bunların fonunda Qarabağda yaşayış evləri və meşələr yandırılırdı, hərbçilərimiz mina terrorunun qurbanına çevrilirdilər. Baş verənlərin nəticəsində gələcək daha böyük hərbi təxribatların siqnalları aydın eşidilirdi. Dözülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı və son qoyuldu. Aparılan əməliyyatlar Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə yekunlaşdı.

Beləliklə, separatçıların başçıları Laçın yolundan qaçmağa cəhd edəndə bəziləri Xankəndidə, bəziləri də fərqli nöqtələrdə saxlanıldılar. Bakıda çay içmək istəyənlər hazırda istintaq təcridxanasında çay içirlər. İndi həmin canilər ədalət məhkəməsinin qərarını gözləyirlər.

Ətraflı Baku TV-nin videomaterialında:

Bakıda çay içmək istəyən separatçıların aqibəti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri