Bakıda COP29 çərçivəsində Avropada miqrantlara qarşı təzyiqlərlə əlaqədar səssiz aksiya keçirilib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Bu gün Bakıda COP29 çərçivısində “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”nın təşkilatçılığı ilə Avropada miqrantlara qarşı təzyiqlərə, dözülməz münasibətə etiraz olaraq Azərbaycanın QHT fəalları etiraz aksiyası keçirib.
APA-nın xəbərinə görə, aksiya səssiz olub.
Aksiyada üzərinə "Sərhədlər deyil, iqlim ədaləti!", "Yer yox, sərhəd yoxdur!", "İqlim böhranı heç bir millət tanımır", "İqlim qaçqınları evə layiqdirlər", "İqlim dəyişikliyi ilə mübarizə aparın, immiqrantlar deyil!", "İnsanları qoruyun, planeti qoruyun!", "Miqrasiya insan hüququdur!", "İqlim ədaləti miqrasiya ədalətlidir!" və digər şüarları yazılmış plakatlar qaldırılıb.
"Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyinin sədri Ədil Ədilzadə APA-ya açıqlamasında deyib ki, Avropada miqrantlara qarşı təzyiqlərə son qoyulmalı, insan hüquqları qorunmalıdır.
Ədil Ədilzadə aksiyada məqsədin Avropada hüquqları pozulan miqrantlara diqqət çəkmək olduğunu vurğulayıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















