Bakıda dağılan körpü yenidən tikiləcək
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı şəhəri, Qaradağ rayonunda yeni körpü tikiləcək.
Axar.az xəbər verir ki, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında yer alıb.
Belə ki, Səngəçal–Çeyildağ yolunun 13-cü km-də dağılmış körpünün əvəzinə yeni körpü tikiləcək.
Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb.
Xatırladaq ki, sel suları Qaradağ rayonu ərazisindən keçən Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törətmişdi.
Baxış sayı:107
Bu xəbər 28 Aprel 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















