Bakıda daha bir ərazidə söküntü başlayır Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanılır.
“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 36A ünvanında yerləşən istismar müddətini başa vurmuş bir neçə 5 mərtəbəli yaşayış binasından gedir.
Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır: “Təmiz şəhər kimi elə mən istərdim ki, köhnə binalar yeniləri ilə əvəz olunsun. Bu həm gözəllik, həm də təhlükəsizlik baxımından çox yaxşı olar”.
Layihəni həyata keçirən “Kursus Nizami” MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.
Sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















