Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bakıda daha bir mühüm konfrans keçirilir

Bakıda daha bir mühüm konfrans keçirilir

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir.

Axar.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra dini abidələrə dövlət qayğısının təcəssümü olaraq təmir olunan məscidlər barədə videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ümummilli lider Heydər Əliyevin “Biz Azərbaycanda bütün dini abidələri, ocaqları, müqəddəs yerləri sizinlə birlikdə bərpa edəcəyik. Bizim görə bilmədiyimiz işləri davamçılarımız sona çatdıracaqlar.” fikrinin tarixi və dini irsimizə münasibətin mühüm fəlsəfəsini ifadə etdiyini vurğulayıb. O bildirib ki, dini abidələr yalnız memarlıq nümunələri deyil, xalqın tarixi yolunun, dini dünyagörüşünün, adət-ənənələrinin və milli yaddaşının mühüm daşıyıcılarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, bu gün ölkəmizdə mədəni irsin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Pir Həsən ziyarətgahında bərpa işləri başa çatdırılıb, İmam məscidində bərpa işləri yekun mərhələsinə çatıb, Gəncədəki “Cümə” məscidində isə təmir-bərpa işlərinə başlanılıb.

İşğal dövründə məhv edilmiş, təhqir olunmuş və tarixi görkəmi dəyişdirilmiş mədəni irs nümunələrinin bərpasının əhəmiyyətinə də toxunan Ramin Məmmədov qeyd edib ki, bu proses xalqımızın mənəvi yaddaşının yenidən canlandırılmasına xidmət edir. Bu sahədə dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr xüsusi yer tutur.

Dövlət Komitəsinin sədri tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və yaşadılması üçün aidiyyəti dövlət qurumları, mütəxəssislər və dini icmalar arasında əməkdaşlığın vacib olduğunu deyib. Abidələr haqqında məlumatların sistemləşdirilməsi, vahid məlumat bazasının və rəqəmsal xəritənin yaradılması, zəruri hallarda müxtəlif sahələr üzrə mütəxəssislərin prosesə cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir. “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına xüsusi yanaşma müəyyənləşdirilib. Konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də geniş ictimaiyyətin bu prosesə cəlb olunması ilə bağlı sistemli yanaşma öz əksini tapıb. Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində, xüsusilə Şuşa və işğaldan azad edilmiş digər ərazilərdə, eləcə də beynəlxalq miqyasda bəşəri irsin qorunması istiqamətində həyata keçirilən layihələri vurğulayıb. Mədəniyyət naziri sürətli urbanizasiya prosesində tarixi binaların və dini abidələrin orijinal görkəminin qorunmasının vacibliyinə də toxunub. O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Ekspert Şurası və aidiyyəti qurumlar tərəfindən elmi-mühəndis yanaşmaları əsasında tarixi irsin müasir infrastruktura inteqrasiyası təmin edilir. Çıxışının sonunda A.Kərimli tarixi-dini irsin qorunmasının cəmiyyətin ümumi məsuliyyəti olduğunu vurğulayaraq aidiyyəti qurumları, alimləri və dini icma nümayəndələrini bu prosesdə fəal iştirak etməyə çağırıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə çıxışında 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının sahə üzrə müzakirələrin genişlənməsinə stimul yaratdığını bildirib. O, xüsusilə, tarixi-dini abidələrin qorunması ilə bağlı qanunvericilik bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Fazil Mustafa qeyd edib ki, hər hansı abidəin qorunması yalnız onların fiziki bərpası ilə məhdudlaşmamalı, tarixi yaddaşın yaşadılması və onların müasir, o cümlədən turizm potensialının üzə çıxarılması da nəzərə alınmalıdır. Qərbi Azərbaycanda dağıdılmış abidələrin böyük əksəriyyətinin tarixi-dini irs nümunələri olduğunu bildirib. Vurğulayıb ki, “Azərbaycan dövlətinin tarixi-dini irsə münasibətində dini mənsubiyyət fərqləndirici meyar deyil. Məscidlər, kilsələr və sinaqoqlar xalqımızın tarixi-mədəni irsinin tərkib hissəsi kimi qorunur.

Fazil Mustafa tədbirdə səsləndirilən təklif və fikirlərin aidiyyəti qurumlara çatdırılmasının vacib olduğunu da deyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanın memarlıq irsinin mühüm hissəsi olan dini memarlıq abidələrinin qorunmasının milli yaddaşın və memarlıq ənənələrinin yaşadılması baxımından əhəmiyyətli olduğunu bildirib. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə toxunan Gülçöhrə Məmmədova bərpa prosesində abidələrin ilkin memarlıq xüsusiyyətlərinin qorunmasının vacib şərt olduğunu diqqətə çatdırıb. O, yerli icmalar tərəfindən bu məqsədlə həyata keçirilən layihələrin mütəxəssislərlə razılaşdırılmasının zəruri olduğunu qeyd edib. Rektor Azərbaycanın tarixi-mədəni irsi barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini də vurğulayıb. Tarixi irsin qorunması sahəsində peşəkar kadrların hazırlanması barədə danışan Gülçöhrə Məmmədova Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq əməkdaşlıq çərçivəsində müvafiq təhsil proqramlarının həyata keçirildiyini deyib.

Qeyd edək ki, tədbir panel sessiyalarla işini davam etdirir. Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri