Icma.az
close
up
RU
Bakıda Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi Sərgisi keçirilir FOTO (YENİLƏNİB)

Bakıda Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi Sərgisi keçirilir FOTO (YENİLƏNİB)

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında keçirilən sərgi və müzakirələr davam edir.

Avtosfer.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva layihə çərçivəsində COP29 məkanında və Dənizkənarı Milli Parkda təşkil edilən sərgi ilə tanış olublar.

Qeyd edək ki, COP29 zamanı FINS Initiative adı altında xüsusi panel müzakirələr və sərgi proqramı təşkil olunub. Sərgi çərçivəsində sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan, onların qorunmasının vacibliyini ön plana çıxaran fotolar nümayiş etdirilir.

11 gün ərzində COP29-un Yaşıl Zonasında qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayiş olacaq.













***

Bakıda keçirilən COP29 çərçivəsində sualtı dünya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunan sərgi açılıb.

Avtosfer.az xəbər verir ki, COP29 çərçivəsində, "FINS Initiative" (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusi panel müzakirələr və sərgi proqramı dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

Bildirilib ki, fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunmaqla onların qorunmasının vacibliyini ön plana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.

"Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb. Məsələn, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır. Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil: "Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır. Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb".

"FINS Initiative" olaraq məqsədimiz bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. 11 gün ərzində yaşıl zonada qurulmuş pavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkil edəcəyik. Məqsədimiz dünya okeanlarının, o cümlədən Xəzər dənizimizin problemlərini müzakirə edərək COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacağıq", - məlumatda əksini tapıb.

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində suitilərini görmək adi hal idi, amma bu gün nadir hadisəyə çevrilib. Bu onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. "FINS Initiative" Xəzəri və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri