Bakıda dərman deposu qarət edildi, saxlanılan var
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda dərman deposundan oğurluq edən şəxs saxlanılıb.
Lent.az xəbər verir ki, martın 4-də Xətai rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 612 manatlıq dərman və tonometr aparatının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin anbarın işçisi 34 yaşlı M.Əliyev müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən anbardan isə avtomobil diskləri, qapı-pəncərə və 4 ədəd kondisioner talamaqda şübhəli bilinən 34 yaşlı B.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Baxış sayı:84
Bu xəbər 06 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















