Icma.az
close
up
RU
Bakıda “döyüş gecəsi”nə bilet satışı başlayıb

Bakıda “döyüş gecəsi”nə bilet satışı başlayıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azarkeşlərin 80 faizdən çoxu xarici vətəndaşlardır

Azərbaycanda ilk dəfə keçiriləcək UFC döyüş gecəsi üçün biletlərin satışına başlanıb. Biletləri iticket.az platforması üzərindən əldə etmək olar. “UFC Fight Night” Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev UFCnin Bakıya gəlişinin Azərbaycanın idman tarixində yeni bir səhifə açdığını deyib:

– Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə uğurla evsahibliyi edir. UFC ilə tərəfdaşlıq ölkəmizin illərdir ki, idman sahəsindəki dinamik inkişafının, ölkə rəhbərliyinin uğurlu idman siyasətinin məntiqi davamıdır.

Turnirin təşkili prosesində dəstəyini əsirgəməyən bütün tərəfdaş və sponsorlara təşəkkürünü bildirən M.Fərzullayev qeyd edib ki, sayılı günlər qalan tədbirə maraq olduqca yüksəkdir. Avropa və dünyanın müxtəlif ölkələrindən minlərlə UFC azarkeşi səbirsizliklə bilet əldə etməyə tələsir. Gözlənilən qonaqlar sırasında UFC əfsanəsi Həbib Nurməhəmmədov və döyüşçü Taqir Ulanbekov da var. Gecənin əsas döyüşündə UFCnin keçmiş yarımağır çəki üzrə çempionu və reytinq cədvəlində 4-cü pillədə qərarlaşan Camal Hill 7-ci yerdə olan Xalil Rauntree ilə qarşılaşacaq. Minlərlə MMA azarkeşi Kristal Zalda döyüşçüləri, xüsusilə də azərbaycanlı idmançıları dəstəkləmək üçün bir araya gələcək.

Maqsud Fərzullayev qarşıda ölkəmizin daha bir mötəbər tədbirə – “Formula 1” Azərbaycan QranPrisinə ev sahibliyi edəcəyini də vurğulayıb:

– Yarışa 5 aydan az zaman qalıb. Hazırlıq sürətlə davam edir, nəticələr gözlənildiyindən daha yüksəkdir. Bilet alan azarkeşlərin 80 faizdən çoxunu xarici vətəndaşlar təşkil edir.

Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.

L.QURBANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri