Icma.az
close
up
RU
Bakıda dünya çempionu azyaşlını işgəncə ilə öldürüdü DƏHŞƏTLİ TƏFƏRRÜATLAR

Bakıda dünya çempionu azyaşlını işgəncə ilə öldürüdü DƏHŞƏTLİ TƏFƏRRÜATLAR

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il noyabrın 24-də Bakının Binəqədi rayonunda azyaşlı amansızlıqla qətlə yetirilib. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi, 1 ünvanında yerləşən fərdi evdə baş verib. 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 2011-ci il təvəllüdlü Mirəli Əhmədzadənin ölümünə — qansızma ilə əlaqədar inkişaf edən beynin travmatik ödemi səbəb olub.
Noyabrın 28-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Yaşar Abbasov saxlanılaraq, istintaqa təhvil verilib.

Lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib.


İstintaqla müəyyən edilib ki, Yaşar Abbasov noyabrın 21-də, tanışı İpək Əhmədovanın 2011-ci il təvəllüdlü, “Uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkən oğlu Mirəli Əhmədzadəni kompüter oyunları oynamaq məqsədilə Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 ünvanında yerləşən kompüter salonuna aparıb. Oyun oynayarkən yetkinlik yaşına çatmayan şəxs özünü saxlaya bilməyib, təbii ehtiyacını alt paltarına ödədiyi üçün Yaşar onu təmizləmək məqsədi ilə salonun sanitar qovşağına aparıb. Eyni zamanda, oğlanın hərəkətini salonda olan şəxslərin qarşısında öz şəxsiyyətinin alçalması kimi qiymətləndirib və Mirəlini cəzalandırmaq məqsədi ilə yaşadığı evə gətirib. Onun zəng əsasında, ora oğlanın anası İpək Əhmədova da gələndən sonra, Abbasov ayın 21-dən 23-nə dək evin giriş qapısını açarla bağlayaraq, onları qanunsuz azadlıqdan məhrum edib. 2 gün ərzində, müxtəlif saatlarda qadına və övladına yumruq-təpiklə, bel kəməri ilə, müxtəlif alətlərlə xəsarətlər yetirib. Halsız vəziyyətdə olan oğlanı uzun müddət evin küncündə dizləri üzərində oturmuş halda saxlayıb, saçlarını və qaşlarını qırxaraq, çılpaq şəkildə, boynuna ip keçirib gəzdirib. İpək Əhmədovaya və oğluna qarşı nalayiq hərəkətlər edib, şəxsiyyətlərini alçadaraq, onlara işgəncə verib. Noyabrın 23-də axşam həmin ünvana gələn Eldəniz Sultanov tanışı Yaşar Abbasovun narazılığına baxmayaraq, qadını və övladını taksi ilə yaşadıqları 1-ci Mədən massivi, korpus 10-da yerləşən evlərinə aparıb. Ayın 24-də günorta saatlarında aldığı ağır xəsarətlər nəticəsində Mirəli Əhmədzadə ölüb. Bu hərəkəti ilə, Yaşar Abbasov zərərçəkmişi qəsdən həyatdan məhrum edib.


İş üzrə dindirilmiş Yaşar Abbasov bildirib ki, 2015-ci ildə Türkay adlı qadınla ailə həyatı qurub, Asiman adlı bir övladları dünyaya gəlib, 2017-ci ildə məhkəmə yolu ilə boşanıb:

“Azərbaycan Bədən Tərbiyəsi Akademiyasında təhsil almışam, sambo idman növü üzrə 1 dəfə Dünya, 2 dəfə də Avropa və 17 dəfə respublika çempionu olmuşam. Sonra narkotik vasitər qəbul etməyə başladım. 2021-ci ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə məhkum olunmuşam, 2022-ci ilin yanvar ayında vaxtından əvvəl cəzadan azad edilmişəm.

Hadisədən təxminən bir ay əvvəl mənimlə birlikdə 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, azadlığa çıxandan sonra Binəqədi qəsəbəsində yaşayan dostum Abdulla Şükürlinin evinə gedib-gələrkən “Mələk” adlı qadınla tanış oldum. Sonradan bildim ki, onun əsl adı İpəkdir. Onunla bir dəfə oteldə cinsi əlaqədə olmuşuq. İpək fiziki qüsurlu övladı ilə kobud rəftar edirdi, onu döyürdü. Mirəli “serebral iflic” olduğundan yeriyə bilmirdi. Noyabrın 21-də İpəkgildə olarkən dostum Amil uşaq arabasını gətirdikdən sonra, oğlanı dostumun avtomobili ilə Rəsulzadə qəsəbəsinə, çay evinin 2-ci mərtəbəsində yerləşən kompüter salonuna apardım. Evdə İpək məndən narkotik vasitə tələb etdiyi üçün kənara çəkib ona bir-iki sillə vurdum. Növbəti gün günorta işimlə əlaqədar evdən çıxdım.

Axşam qayıdanda Mirəlinin üzündə xəsarət izləri gördüm. İpəkdən nə məsələ olduğunu soruşanda, qadın oğlanın qucağından yerə düşdüyünü söylədi. Onun dediklərinə inanmadım, çünki İpək əvvəllər də Mirəlini döyüb. Buna görə elektrik sobasını götürüb, İpəyin başına zərbə endirdim. Ardınca kəmərlə onu möhkəm döydüm. Noyabrın 23-də axşam yanıma gələn dostum Eldənizdən qadını və uşağı həkimə aparmasını xahiş etdim. Növbəti gün Asim Mirəlinin vəfat etdiyini xəbər verdi. İpəklə telefonda danışanda, qadın mənə şər atmağa başladı ki, guya hadisəni mən törətmişəm”.
Məhkəmə iclasında Yaşar Abbasov ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, İpək Əhmədova ifadəsində evin qapısını bağlayıb, onlara işgəncə verdiyini göstərsə də, bu yalandır: “Qadın başqa şəxslərə zəng edib, narkotik vasitə istədiyindən onun telefonunu sındırdım. İpək narkotik maddələr istifadə etməyəcəyinə dair söz versə də, buna əməl etmədi. Buna görə onu döydüm. Polis əməkdaşları tərəfindən axtarıldığımı biləndən sonra, özüm şöbəyə getdim”.


Qeyd edək ki, öldürülən Mirəli Əhmədzadənin anası İpək Əhmədovanın barəsində Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkmiş İpək Əhmədova bildirib ki, noyabrın 23-də oğlu Mirəlini Yaşar Abbasov öldürüb:

“Yaşar telefonumu sındırdığından, uşağın döyülməsi ilə bağlı polisə şikayət edə bilmədim. Həm də 3 gün ərzində evin qapısnı bağlayıb bizi girov kimi saxlamışdı. Eldəniz Sultanovun köməkliyi ilə evdən qaça bildim. Ayın 24-də uşağın bədəninin soyuq olduğunu gördüm. Taksi ilə övladımı Kliniki Tibbi Mərkəzə apardım. Qəbul şöbəsində Mirəlinin öldüyünü bildirdilər və meyitini qəbul etmədilər. Mühafizəçidən 4-cü Polis Şöbəsinə zəng etməsini xahiş etdim. Həmin vaxt Yaşar mənə zəng edərək yalvardı ki, “polis əməkdaşları soruşsalar, onun adını çəkməyim”. Onun sözlərinə məhəl qoymadım və 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdim”.


Dövlət ittihamçısı Yaşar Abbasova 20 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, ibbtidai istintaq orqanı tərəfindən Yaşar Abbasovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) 133.2.1-ci ( iki və ya daha çox şəxsə əzab vermə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə düzgün tövsif olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Yaşar Abbasov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 May 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri