Icma.az
close
up
RU
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir? Açıqlama

Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir? Açıqlama

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda əmək fəaliyyəti üçün iş icazəsi alan əcnəbilər arasında Türkiyə vətəndaşlarının payının yüksək olması ölkənin əmək bazarında xarici işçi qüvvəsinə tələbat məsələsini yenidən gündəmə gətirir. Xüsusilə tikinti, sənaye, xidmət və digər sahələrdə xarici mütəxəssislərin cəlb olunması bu prosesin səbəbləri və yerli kadrlara mümkün təsirləri ilə bağlı suallar yaradır.
Bəs Azərbaycanda iş icazəsi olan əcnəbilər arasında Türkiyə vətəndaşlarının payının yüksək olması hansı amillərlə bağlıdır? Xarici mütəxəssislərin daha çox hansı sahələrdə cəlb olunması ölkənin əmək bazarında kadr çatışmazlığını necə göstərir və bu proses yerli mütəxəssislərin məşğulluğuna necə təsir edir?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iş icazəsi olan əcnəbilər arasında Türkiyə vətəndaşlarının yüksək paya malik olması ilk növbədə iki ölkə arasındakı iqtisadi əlaqələrin güclü və geniş olması ilə bağlıdır.
Onun sözlərinə görə, Türkiyə şirkətlərinin Azərbaycanda xüsusilə tikinti, sənaye, xidmət, turizm və digər sahələrdə aktiv fəaliyyəti bu ölkədən mütəxəssislərin cəlb edilməsinə ehtiyac yaradır və belə şəraitdə Türkiyə vətəndaşlarına, xüsusilə iş icazəsi olan mütəxəssislərə tələbat artır:
“Burada xüsusilə dil və mədəni yaxınlığı, biznes əlaqələrinin sıxlığını da ön plana çıxarmaq olar. Şirkətlərin Türkiyə ilə formalaşmış kadr şəbəkələri də burada mühüm rol oynayır.
Amma bu göstəricini yalnız Türkiyədən işçi axını kimi qiymətləndirmək düzgün deyil. Əcnəbilərin hansı sahələrdə çalışması Azərbaycanın əmək bazarında ixtisas və peşələr üzrə tələblərin harada daha yüksək olduğunu da göstərir. Xüsusilə tikinti sektorunda, sənayedə, xidmət və turizm sektorlarında xarici mütəxəssislərdən istifadə olunur.
Azərbaycanda digər vacib məsələ də neft sektorudur. Neft sektorunda daha çox digər ölkə vətəndaşları iştirak edirlər.
Xüsusilə sadaladığım sektorlarda Türkiyədən mütəxəssislərin cəlb edilməsi daha rahatdır. Həmçinin burada yerli mütəxəssislərlə bağlı da müxtəlif məsələlər, xüsusilə dil amili ön plana çıxır.
Xüsusilə tikinti sektoru diqqətimizi çəkə bilər. Burada iri infrastruktur və tikinti layihələrinin həyata keçirilməsi mühəndis-texniki mütəxəssislərə, layihə rəhbərlərinə və digər ixtisaslı kadrlara tələbat yaradır.
Xüsusilə 1994-cü ildən sonra Azərbaycanın tikinti sektorunda türk mütəxəssislərinə daha çox rast gəlinirdi. Son vaxtlar isə öz mütəxəssislərimiz də kifayət qədərdir.
Yerli mütəxəssislərin məşğulluğuna təsir məsələsinə gəlincə, buradan avtomatik olaraq mənfi nəticə çıxarmaq olmaz. Eyni məsələ əməkhaqqı ilə bağlı da ortaya çıxır. Xarici ölkədən gələn mütəxəssis eyni vəzifə üzrə, tutaq ki, Azərbaycanda 2 000 manat əməkhaqqı alırsa, İngiltərədən, Türkiyədən və ya digər ölkələrdən gələn mütəxəssisə bir neçə dəfə çox əməkhaqqı verməyimiz zərurəti yarana bilər.
Birinci növbədə, həmin mütəxəssis çatışmazlığı olan ixtisas üzrə mütəxəssislərdən biridir və ölkəyə cəlb olunur. İkincisi, həmin mütəxəssisin xaricdən cəlb edilməsi daha baha başa gəlir. Bundan əlavə, mütəxəssisin öz ölkəsindən kənarda olması səbəbindən əlavə xərclər də nəzərə alınır. Məsələn, Azərbaycan vətəndaşı gedib xarici ölkədə çalışdıqda, həmin yanaşma bizim mütəxəssislərimizə də tətbiq olunur. Təbii ki, öz ölkəsindən kənarda çalışan mütəxəssisin daha çox xərcinin yaranacağı da nəzərə alınır”.
Rəşad Həsənov əlavə edib ki, əgər müəssisə Azərbaycanda çatışmayan ixtisas üzrə mütəxəssis cəlb edibsə, bu, yerli əmək bazarını tamamlayır:
“Ancaq eyni ixtisasa malik yerli kadr olduğu halda xarici işçiyə üstünlük verilirsə, artıq burada yerli mütəxəssislər üçün rəqabət problemi də yarana bilir.
Ona görə də əsas məsələ xarici işçilərin sayını azaltmaq olmamalıdır. Xarici mütəxəssisə tələbat olan sahələri düzgün müəyyənləşdirmək və bunun səbəbini araşdırmaq lazımdır. Niyə Azərbaycanda, məsələn, bu sahə üzrə yerli mütəxəssis çatışmır və biz məcbur qalıb xaricdən həmin sahə üzrə mütəxəssisləri cəlb edirik?
Dövlət hansı peşələr üzrə kadr çatışmazlığının olduğunu dəqiq müəyyən etməlidir. Bununla bağlı Azərbaycan hökuməti tərəfindən müvafiq agentlik də yaradılıb. Bu qurumun həmin istiqamətdə fəaliyyətini effektiv şəkildə həyata keçirməsi vacibdir.
Peşə təhsili ilə bağlı proqramların həmin istiqamətdə uyğunlaşdırılması zəruridir. Müasir tendensiyalara uyğun olaraq ixtisasların yenidən nəzərdən keçirilməsi lazımdır.
Bir sıra ixtisaslar var ki, universitetlərdə hazırda da tədris olunur, lakin əmək bazarında onların praktik əhəmiyyəti kifayət qədər deyil. Məsələn, bir müddət əvvəl “İqtisadiyyatda hüququn tənzimlənməsi” adlı ixtisas mövcud idi. Bu ixtisası bitirən məzun isə nə hüquqşünas, nə də iqtisadçı kimi tam formalaşa bilirdi.
Belə ixtisaslar var idi. Məsələn, bir sıra digər ixtisaslar da müasir tendensiyalara uyğun olaraq müəyyənləşdirilməlidir.
Türkiyədən gələn mütəxəssislərin yüksək payına yalnız əmək miqrasiyası prizmasından baxmaq da düzgün deyil. Bu, həm də Azərbaycan-Türkiyə iqtisadi inteqrasiyasının göstəricisidir.
Bir sıra biznes istiqamətləri və qanunvericilik normaları da bir-birinə inteqrasiya olunmağa doğru gedir.
Uzunmüddətli perspektivdə məqsəd belə olmalıdır ki, xaricdən dəvət olunan mütəxəssislər yerli kadrlara alternativ deyil, yerli kadrların hazırlanmasına və bilik transferinə töhfə verən resurs olsun.
Yəni məsələyə bu istiqamətdən yanaşılmalıdır. Bunun üçün də şirkətlərdə yerli əməkdaşların hazırlanması və xarici mütəxəssislərin təcrübəsinin ötürülməsi mexanizmləri gücləndirilməlidir və məsələyə bu prizmadan baxılmalıdır”, – deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri