Icma.az
close
up
RU
Bakıda əl açanlar Brüsseldə yumruq göstərirlər

Bakıda əl açanlar Brüsseldə yumruq göstərirlər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) iqtisadi Cənubi Qafqaz strategiyası ikili standartlar ritorikası ilə müşahidə olunur. Xüsusilə Avropa Parlamentində anti-Azərbaycan dalğası son zamanlar cəfəngliyi ilə seçilir. Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanla bağlı qərəzə və ədalətsizliyə yol verir, mənasız müzakirələr açır, saxta qətnamələr qəbul edir.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyini bəyan etsə də, bu sanksiyaların icrasında ziddiyyətli məqamlar diqqət çəkir. Bir tərəfdən Aİ Rusiyanın enerji ticarətinə yardım edən Azərbaycan tankerlərini qara siyahıya salır, digər tərəfdən isə aparıcı Aİ ölkələri hələ də Moskvanın enerji daşıyıcılarından faydalanmağa davam edirlər. Eyni zamanda, Rusiya ilə sanksiya altında olan ticarəti dolayısı yolla genişləndirən Ermənistan kimi müttəfiqlərə qarşı Brüsseldən ciddi reaksiya görünmür.

Aİ-nin Azərbaycanın 5 gəmisinə qarşı sanksiya tətbiq etməsi də məhz sözügedən qərəzin nümunəsidir. Rusiyaya neft daşıyan yeganə gəmi Azərbaycan tankerləri deyil – Yunanıstan və Kipr şirkətlərinə məxsus çoxsaylı tanker gəmiləri də Rusiya neftinin dünya bazarına çatdırılmasında iştirak edir. Lakin Aİ məhz Azərbaycan gəmilərini cəzalandırır.

Rusiyaya qarşı sanksiyalar fonunda Aİ ölkələrinin özlərinin Moskvanın enerji ehtiyatlarından istifadəsi də mübahisəli mövzudur. Xüsusilə Almaniya kimi aparıcı üzv dövlət 2022-ci ilin sonundan etibarən rəsmi embarqolar qüvvədə olsa da, Rusiya neftindən, faktiki olaraq, imtina etmədi. Berlin uzun müddət Rusiya neftinin əsas alıcılarından biri olub və müharibə başlayandan sonra da böyük həcmdə Rusiya mənşəli neft almağa davam edib. Məsələn, beynəlxalq müşahidəçilər bildirirlər ki, Almaniya birbaşa olmasa da, üçüncü ölkələr vasitəsilə və ya emal edilmiş məhsullar şəklində Rusiya neftini idxal etməkdədir. Bu hal Aİ-nin sanksiya rejiminə rəğmən, bəzi üzvlərin öz iqtisadi mənafelərini üstün tutduğunu göstərir.

Bənzər paradoksal vəziyyət təbii qaz ticarətində də müşahidə olunur. Məlumdur ki, Aİ Rusiyadan boru kəməri ilə qaz alışını xeyli azaltmışdı. 2022-ci ildə Moskva Avropaya qaz axınını kəssə də, sonrakı dövrdə Avropa alternativ mənbələrə üz tutdu. Lakin eyni zamanda, Aİ ölkələri Rusiya mənşəli mayeləşdirilmiş təbii qazın (LNG) alışını əhəmiyyətli dərəcədə artırıb. Məsələn, 2024-cü ildə Aİ Rusiyadan ən azı 16,65 milyon ton LNG idxal edib ki, bu rəqəm öncəki illərin göstəricilərini də üstələyir. Bu, ümumi Avropa LNG idxalının təxminən 20 faizinin Rusiyanın payına düşməsi deməkdir və 2023 ilə müqayisədə əhəmiyyətli artımdır.

Rusiyadan LNG tədarükünün rekord səviyyəyə çatması Brüsselin Moskvadan enerji asılılığını azaltmaq cəhdlərinin effektivliyini sual altına qoyur. Halbuki Aİ rəsmiləri 2027-ci ilə qədər Rusiya yanacaqlarından tam imtina hədəfi qoyub. Reallıqda isə Avropanın enerji bazarında Rusiya qazının mövqeyi hələ də güclüdür və bəzi şirkətlər daha ucuz Rusiya qazını digər mənbələrdən üstün tuturlar. Bu da Aİ-nin sanksiyalar fonunda belə iqtisadi maraqlardan tam vaz keçə bilmədiyini göstərir.

Sanksiyalardan yayınma maxinasiyası

Ukrayna müharibəsi başlayandan sonra Rusiyanın Qərb texnologiyaları və ikili təyinatlı məhsullarla təchizatı tam dayanmadı. Əksinə, Ermənistan kimi ölkələr üzərindən sanksiya olunmuş malların “paralel idxal” marşrutu formalaşdı. Xüsusilə Ermənistan qısa müddətdə Rusiya üçün kritik əhəmiyyətli avadanlıqların əsas tranzit qovşaqlarından birinə çevrilib. 2023-cü ilin ilk 9 ayında Rusiya müharibədə istifadə etdiyi 450 milyon avro dəyərində texnologiyanı müxtəlif yollarla Avropa İttifaqından əldə edib. Bu idxalın təxminən dörddəbiri birbaşa Aİ ölkələrindən gəlmişdisə, qalan hissə məhz Ermənistan və digər üçüncü ölkələr vasitəsilə ötürülüb.

“Bloomberg” agentliyinin hesabatında sanksiyalardan yan keçərək Rusiya ilə ticarət edən ölkələr arasında Ermənistan xüsusi qeyd olunur. Bu ölkələr Avropa mənşəli elektron komponentlər, yüksək texnoloji cihazlar, o cümlədən hərbi təyinatlı avadanlıqları idxal edib təkrar Rusiyaya göndərməklə Moskvanın sanksiyaların təsirini azaltmasına imkan yaradıblar. Nəticədə Ermənistanın idxal-ixrac dövriyyəsi son illərdə kəskin artaraq Rusiya ilə paralel ticarətin mühüm hissəsinə çevrilib.

Bütün bunlara baxmayaraq, Aİ Ermənistanın bu rolu ilə bağlı açıq tənqid və ya sanksiya qərarı verməyib. Brüsselin İrəvana münasibətdə yumşaq davranması, hətta 2023-cü ildə Ermənistana maliyyə yardım paketləri ayırması bir çox dairələrdə sual doğurur. Halbuki eyni dövrdə Aİ Ermənistanın siyasi kursunu dəstəkləməklə yanaşı, onun Rusiyaya qarşı sanksiyaları dolaylı şəkildə pozmasına göz yummuş kimi görünür. Bu vəziyyət Aİ-nin sanksiyalar məsələsində vahid və ədalətli mövqe sərgiləmədiyini göstərir.

Yuxarıdakı faktlar Aİ-nin sanksiya siyasətində ciddi ikili standartların mövcud olduğunu ortaya qoyur. Hətta Avropanın özündə belə etiraf olunur ki, sanksiyaların tətbiqi bəzən qərəzli yanaşmalarla müşayiət olunur və nəticədə bu sanksiyalar kağız üzərində qalır, real təsir göstərmir.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Ermənistan son illər sanksiyalardan yayınma məqsədilə ən çox reeksport həyata keçirən ölkələrdən birinə çevrilib. Praktiki olaraq, 2024-cü ildə Ermənistanın ümumi ixrac həcmi 13 milyard dollar təşkil edib. Bu dövrdə Rusiyaya ixrac 24 faiz, Birləşmiş Ərəb Əmirliklərinə ixrac isə 40 faiz artıb. Diqqətçəkən əsas məqamlardan biri məhz Rusiya ilə ticarət dövriyyəsindəki kəskin artımdır. Belə ki, 2024-cü ildə Ermənistan Rusiyaya təxminən 300 milyon dollar dəyərində mal ixrac edib və bu artım əsasən reeksport əməliyyatları hesabına baş verib.

Digər tərəfdən, idxal göstəricilərində də nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, 2022-ci ildə Ermənistanın reeksport həcmi təxminən 4 faiz artıb. Bütün bu rəqəmlər bir daha göstərir ki, sanksiyalara məruz qalmalı olan tərəflər Azərbaycan şirkətləri və ya Azərbaycan bayrağı altında üzən gəmilər deyil. Əksinə, diqqət sanksiyalardan yayınan və reeksport əməliyyatları həyata keçirən ölkələrin şirkətlərinə yönəlməlidir.

Təəssüf ki, bu məsələdə də ikili standartlar və selektiv yanaşma müşahidə olunur. Belə yanaşma isə heç bir halda region üçün və regional əməkdaşlığın inkişafı baxımından arzuolunan deyil. Bununla belə, Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun ardıcıl şəkildə gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət davam etdirilir. Bəzi ölkələrin ikili yanaşmalarına baxmayaraq, Azərbaycan beynəlxalq konvensiyalar və qəbul edilmiş qaydalar çərçivəsində digər dövlətlərlə iqtisadi əməkdaşlığın genişləndirilməsini bundan sonra da davam etdirəcək.

Nurlan ABDALOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri