Bakıda əmisini öldürməyə cəhddə təqsirləndirilən şəxs məcburi müalicəyə göndərilib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Qaradağ rayonunda əmisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Nəcməddin Şahverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Nəcməddin Şahverdiyev ağır psixi pozuntusu olan şəxs olduğu üçün məcburi müalicəyə göndərilib. O, sağaldıqdan sonra mühakimə olunacaq və barəsində yekun hökm çıxarılacaq. N.Şahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri isə qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Məlumata görə, 1995-ci il təvəllüdlü Nəcməddin Şahverdiyev şəxsi münasibətlər zəmində yaranan mübahisə zamanı əmisi, 1976-cı il təvəllüdlü Ərəstun Şahverdiyevi bıçaqlayıb.
Nəcməddin Şahverdiyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















