Icma.az
close
up
RU
Bakıda ən ucuz kirayə evlər bu ərazidədir

Bakıda ən ucuz kirayə evlər bu ərazidədir

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ili yaxınlaşdıqca paytaxtda kirayə yarışları başlayır. Bölgələrdən Bakıya üz tutan minlərlə gəncin ev axtarışına çıxması kirayə bazarını hər il olduğu kimi bu dəfə də canlandırıb. Maklerlərin "sevimli ayı” sayılan sentyabr öncəsi dövrdə tələbatın artması qiymətlərdə də özünü göstərir.

Maraqlıdır, əvvəlki dövrlərlə müqayisədə qiymətlərdə nə qədər fərq yaranıb? Paytaxtın tələbələr üçün ən münasib rayonları hansılardır?

Mövzuyla bağlı Bizim.Media-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda kirayə bazarında təxminən 50-100 manat qiymət artımı müşahidə olunur.

Köhnə tikililərdə birotaqlılar minimum 400, ikiotaqlılar 500, üçotaqlı mənzillər isə 600-700 manatdan başlayaraq təqdim olunur. Metro kənarında yerləşən evlər, yaxud piyada yürümə məsafəsində olanlar digər ərazilərdə yerləşən evlərdən 25-30 % daha bahadır.

Yeni tikililərdə isə bu, kv-metr üzrə 8-10 manat aralığında dəyişib. Yəni 100 kv.m-lik ev 800-1000 civarında kirayəyə verilir. Kvadratı çox olan evlərin isə əksinə qiyməti bir qədər aşağıdır. 

Ən baha rayonlar Nərimanov, Nəsimi, Səbail rayonunun mərkəz hissəsi və Yasamalın bir hissəsidir. Ən ucuz olanlar isə Qaradağ rayonu, Sabunçu, Suraxanı rayonlarıdır. Orta qiymətlər isə daha çox Xətai, Nizami rayonlarında müşahidə olunur.

Qiymət artımına səbəb ev sahibləridir

Ekspert onu da vurğulayıb ki, əslində rieltorlar evlərin qiymətinin bahalaşmasında maraqlı deyillər. Çünki onlar kirayə verdiyi evlərin müqabilində xidmət haqqı alırlar:

"Adətən kirayə mənzilin birinci ayının ödənişindən təxminən 20-30 faizi civarında haqq alırlar. Kirayə qiymətləri yüksək olanda onlar da büdcəli müştəriyə evləri göstərə bilmirlər, yaxud imtina halları çox olur. Bu da onların işinə mənfi təsir edir.

Başqa sözlə, bu ay rieltorlar üçün sərfəli deyil. Avqustun axırları adəti üzrə kirayə mənzillərə tələbat çoxalır. Bu fürsətdən istifadə edən ev sahibləri kirayə qiymətlərini qaldırırlar. Yəni qiymət rieltorlar deyil, ev sahibləri sayəsində qalxır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri