Icma.az
close
up
RU
Bakının ən ucuz evləri bu ərazidədir SƏBƏB

Bakının ən ucuz evləri bu ərazidədir SƏBƏB

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Daşınmaz əmlak bazarında qiymət dinamikasında nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Xüsusilə həyət evləri seqmentində ucuzlaşma tendensiyası daha qabarıq şəkildə özünü göstərir. Buna həm normadan artıq yağan yağışların yaratdığı su basma halları, həm də sənədləşmə ilə bağlı məhdudiyyətlər təsir edir. Nəticədə bazarda alıcı marağı azalır və qiymətlər enmə istiqamətində davam edir.
Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, daşınmaz əmlak bazarında ən ucuz seqment əsasən müəyyən risk faktorları ilə seçilən ərazilərdir:
"Normadan artıq yağan yağışlardan sonra su basan ərazilərdə qiymətlər daha çox enib. Onsuz da həyət evlərinə tələbat 2023-cü ildə qəbul edilən qərardan sonra azalmışdı. Həmin qərara əsasən, çıxarışı və sənədi olmayan evlərin kommunal xətlərə qoşulmasına məhdudiyyət qoyuldu. Bu isə alıcı marağını zəiflətdi və qiymətlərin enməsinə səbəb oldu.
Həmin dövrdən etibarən həyət evlərinə maraq azalırdı, son yağışlar isə bu tendensiyanı daha da gücləndirdi. Subasma halları insanlarda əlavə risk və narahatlıq yaratdı. Nəticədə onsuz da az olan alıcı sayı daha da azaldı. Hazırda bazarda ən ucuz əmlak növü həyət evləridir. Xüsusilə çıxarışı olmayan evlərdə qiymət enişi daha qabarıq görünür".
Ekspert bildirib ki, kmmunal xətlərə qoşulmuş olsa belə, sənədsiz evlərə maraq aşağıdır:
"Bu seqmentdə qiymətlər daha sürətlə enir. Ümumilikdə bazarda bu tendensiya davam edir. Ən çox qiymət enişi isə su basma riski olan ərazilərdə müşahidə olunur. Mərdəkan, Xırdalan, Masazır, Sabunçu və Zabrat istiqamətində yerləşən bəzi ərazilərdə bu hallar daha çox qeydə alınıb. Həmin yerlərdə su basmaları qiymətlərə ciddi təsir göstərib. Onsuz da alıcısı az olan bu evlərdə qiymətlər daha da aşağı düşüb. Bəzi hallarda isə alıcı marağı demək olar ki, yox səviyyəsinə enib".
O deyib ki, ümumilikdə fərdi evləri iki kateqoriyaya bölmək olar:
"Çıxarışı olan və olmayan evlər. Ən böyük qiymət enişi məhz sənədsiz evlərdə və torpaq sahələrində müşahidə olunur. Bu tip əmlaklara maraq hazırda çox zəifdir. Qiymətlərin enməsi əsasən tələbin azalması ilə bağlıdır. Alıcı sayı azaldıqca satıcılar arasında rəqabət güclənir. Bu isə qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxarır. Satıcılar alıcı cəlb etmək üçün qiymətləri endirməyə məcbur olur.
Bundan əlavə, Binəqədi və ətraf bəzi ərazilərdə də su basma halları qeydə alınıb. Bu da həmin ərazilərdə qiymətlərin enməsinə və alıcı marağının azalmasına səbəb olub. Ümumilikdə, bazarda ən çox ucuzlaşan əmlaklar su basma riski olan və sənədsiz fərdi yaşayış evləridir", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri