Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Bakıda ermənilər yenə hakim qarşısına çıxarılıb

Bakıda ermənilər yenə hakim qarşısına çıxarılıb

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 25-də davam etdirilib.
Reyting.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs İlqar Əhmədov ifadəsində 2022-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində minaya düşərək xəsarət aldığını bildirib. Onun əlinin üç barmağı amputasiya edilib.
Mürsəl Oruclu ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Haramı düzündə yaralandığını deyib.
Zahir Zeynalov ifadəsində 2016-cı il aprelin 2-də hərbçi kimi xidmətdə olarkən Goranboyun Tapqaraqoyunlu kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı Ermənistan silahlı qüvvələri onların mövqeyini müxtəlif çaplı silahlardan və artilleriya silahlarından atəşə tuturdu.
Yaqub Məmmədov ifadəsində 1993-cü il martın 23-də Zəngilan şəhərində elektrik xətlərini düzəldən zaman Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələrinin Zəngilanı işğal etməsi nəticəsində bütün əmlakı orada qalıb.
Niyazi Abbasov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı qarşı tərəfdən atılmış mərminin partlaması nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı yanındakı iki hərbçi yoldaşının şəhid olduğunu bildirib.
N.Abbasov təqsirləndirilən şəxs Levon Mnatsakanyanın sualına cavabında həmin vaxt Ermənistan silahlı qüvvələrinin hücumlarını dəf etdiklərini deyib və əlavə edib: “Biz postumuzu müdafiə edirdik”.
Zərərçəkmiş Ələddin Xəlilovun hüquqi varisi Əlizaman Xəlilov ifadəsində oğlunun 44 günlük Vətən müharibəsi zamanı oktyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olduğunu bildirib.
David Məmmədov 2020-ci il iyulun 12-də Tovuzda Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində müxtəlif bədən xəsarətləri aldığını söyləyib.
Vüqar Əfəndiyev 1991-ci il noyabrın 23-də Qazax rayonunda hərbi xidmətdə olarkən əsir götürülərək Ermənistanın İcevan rayonuna aparıldığını bildirib. Zərərçəkmiş şəxs İcevan daxili işlər şöbəsinin müvəqqəti saxlanma təcridxanasının kamerasında saxlanılıb. V.Əfəndiyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında əsirlikdə olduğu müddətdə işgəncələrə məruz qaldığını bildirib. O cümlədən barmaqları sındırılıb, saqqalının tükləri kəlbətinlə çıxarılıb, avtomatın qundağı ilə və dəyənəklə döyülüb. Dekabrın 3-də təcridxanada divar daşlarını çıxararaq oradan qaçıb. Üç gün piyada yol gələrək Qazaxın Bərxudarlı kəndinə çatıb, beləliklə, əsirlikdən xilas olub.
Şamil Abdullayev ifadəsində bildirib ki, 1992-ci ilin iyul ayında Ağdərədə əsir götürülüb, 1993-cü ilin noyabr ayında azad olunub. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb və döyülüb.
Elvin Əkbərov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 6-da Cəbrayıl rayonunda qəlpə yaraları aldığını bildirib.
Zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsinə yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib. V.Vəliyev dekabrın 14-də Azərbaycana təhvil verilib.
Rövşən Hüseynov ifadəsində 1998-ci il iyunun 21-də Gədəbəy rayonunda hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. 1 il 8 ay İrəvanda cəzaçəkmə müəssisəsində əsirlikdə saxlanıldıqdan sonra Azərbaycana qaytarılıb. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında işgəncələrə, qeyri-insani və qəddar rəftara məruz qaldığını, mütəmadi olaraq döyüldüyünü bildirib.
Zərərçəkmiş şəxslər - Nahid Zeynalov, Rəşmi Hümmətov, Ariz Qəhrəmanov, Əfqan Kamilov, Yunis Abdıyev, Fərhad Tağıyev, Sübhan Əlirzayev, Samir Əliyev, Hicran Sultanov, Həsən Qurbanov 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını qeyd ediblər.
Zərərçəkmiş Nəriman İbrahimov 2022-ci ildə Kəlbəcərdə, Nurlan Musayev 2022-ci ildə Laçında Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Dövran Dadaşov, Tərlan Mahmudov və Anar Mahmudov ifadələrində 2020-ci ildə Vətən müharibəsində döyüşlər zamanı yaralandıqlarını bildiriblər.
Şirvan Məmmədov ifadəsində 1992-ci il mayın 14-də Zəngilanın Vejnəli kəndində girov götürüldüyünü bildirib. Ermənistanda saxlanılıb. Ona 8 gün müddətində cəmi 3 dəfə az miqdarda yemək veriblər.
Rauf Qafarov ifadəsində 1994-cü ilin aprel ayında Füzuli rayonunda əsir götürüldüyünü, 1996-cı il mayın 10-da Azərbaycan tərəfə təhvil verildiyini bildirib. Döyülüb, işgəncələrə məruz qalıb. Əsirlikdə olduğu vaxt təxminən 25 nəfər azərbaycanlı ilə birlikdə Samvel Babayan üçün evin tikilməsi işlərinə məcburi şəkildə cəlb edilib.
Ramiz Musayev ifadəsində 1992-ci il mayın 18-də Laçın rayonunda girov götürüldüyünü, işgəncələrə məruz qaldığını, ayrı-ayrı əzalarının siqaretlərlə yandırıldığını söyləyib.
Ələkbər Ələkbərov ifadəsində bildirib ki, 1993-cü il avqustun 27-də Qubadlıda girov götürülərək Ermənistana aparılıb. Əsirlikdə olduğu vaxt daim döyülüb, qeyri-qanuni şəkildə əməyə cəlb olunub. 1995-ci ildə Azərbaycana qaytarılıb.
Abuzər Mənafov ifadəsində bildirib ki, 1994-cü il yanvarın 9-da Füzulinin Kürdmahmudlu kəndində yaralanıb və əsir götürülüb. 1996-cı il mayın 10-da azad olunub. Əsirlik müddətində Xankəndidə və Şuşa həbsxanasında saxlanılıb. Döyülüb, işgəncələrə məruz qalıb, işgəncə məqsədilə barmağı kəsilib.
Ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Əbdüləzim Məmmədov (65 gün), Adil Dəmirov (9 ay), Mehman Mirzəyev (2 il), Arif Əlləzov (4 ay), Afər Mustafayev (1 il 4 ay) ifadələrində işgəncələrə məruz qaldıqlarını, döyüldüklərini bildiriblər.
Digər zərərçəkmişlər - Rövşən Salahov, Ələmşah Həsənov, Zöhrab Heydərov da ayrı-ayrı tarixlərdə əsirlikdə olub. Əsirlik müddətində Z.Heydərovun ayağını don vurub. Zərərçəkmiş deyib ki, erməni hərbi həkim onun sol ayağının 4, sağ ayağının 2 barmağını anesteziya iynəsi vurmadan amputasiya edib. Əlavə edib ki, həmin vaxt ağrıdan huşunu itirib.
Vaqif Zülfüqarov Füzuli, Nazim Seyidov və Anar Səfərov Ağdam, Baxşeyiş Ağayev və Ədalət Ağalarov Laçın rayonundan məcburi köçkün düşdüklərini, mülklərinin həmin vaxt Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərdə qaldıqlarını bildiriblər. Laçının Oğuldərə kəndindən olan B.Ağayev bildirib ki, rayon işğal olunan zamanı qohumu, 80 yaşlı Pəri İlyasova yolda donaraq ölüb, daha bir neçə doğması isə indiyədək itkindir.
Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Azertac).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 İyul 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri