Icma.az
close
up
RU
Bakıda ermənilərin məhkəməsi davam edir (Yenilənib)

Bakıda ermənilərin məhkəməsi davam edir (Yenilənib)

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də davam etdirilib.

Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus "QAZ-21" markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. "Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı" şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Yaşadığı binanın sakini Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Cahangiryan Yuriy Osipoviç ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında "partorq" vəzifəsində işləmiş Koçaryan Robert Setrakoviç "Krunk" adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başlayıb. O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən tələb edib.

Məhkəmədə Şuşa şəhərini blokadaya salmaq məqsədilə 1989-cu il oktyabrın 7-də Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində körpünün partladılması, 1990-cı il fevralın 18-də Yevlax-Laçın yolu ilə hərəkətdə olan "İkarus 250/59" avtobusunun partladılması, nəticədə sərnişinlərin xəsarət alması faktları ilə bağlı sənədlər də elan edilib.

Növbəti sənədlər Hadrut rayonunun Tuğ kənd orta məktəbinin yaxınlığında azyaşlı Süleymanov Teyyub Fərrux oğlunun öldürülməsi, Şahbazov Mirəli Əlislam oğlunun, Zeynalov Oqtay Cahangir oğlunun, Məmmədov İlham Yunis oğlunun, Adgözəlov Vilayət Səfər oğlunun, Əmiraslanov Bulut Hüseynalı oğlunun xəsarət almaları, 1989-cu il noyabrın 3-də Şuşa rayonunda Ermənistana məxsus "Mi-8" markalı mülki helikopterdə silah-sursat (hərbi geyim, partlayıcı maddə, odlu silah və hərbi təyinatlı müxtəlif əşyalar) aşkar edilməsi, Qafan stansiyasından Şayıflı stansiyasına (Zəngilan rayonu – red.) gələn 23527 nömrəli sərnişin-yük qatarının Qafan stansiyasının 36-cı kilometrliyində odlu silahdan atəşə tutulması, Göygöl rayon daxili işlər şöbəsinin Çaykənd zonası üzrə baş sahə müvəkkili, milis kapitanı Abışov Mətləb Misir oğlunun öldürülməsinə cəhd edilməsi, Aslanov Eldar Xıdır oğlunun və Mustafayev Müşfiq Rəşid oğlunun xəsarət almaları, Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində partlayıcı qurğu atılması, Abbasov Sakin Sakit oğlunun və Quliyev Şahbaz Mürsəl oğlunun öldürülmələri, Vəliyev Nəriman Bəhman oğlunun girov götürülməsi faktları ilə bağlı olub.

Elan olunan sənədlərdən bir neçəsi 1990-cı il yanvarın 12-də Todan kəndinə silahlı basqın edilməsi faktı üzrə olub. Qeyd edilib ki, həmin gün saat 17 radələrində Ermənistan qüvvələri tərəfindən helikopterdən istifadə etməklə və piyada Ağcakənd qəsəbəsinin Todan kəndinə silahlı hücum edilib. Dinc əhalinin gülləbaran edilməsi nəticəsində Xanlar adına kolxozun idarə heyətinin sədri Əlihüseynov Əliqara Əliaslan oğlu, Məmmədov Abbasqulu Əzim oğlu, Qasımov Ruzigar İmran oğlu və Əliyev Bəxtiyar Nadir oğlu hadisə yerində ölüb, daha bir neçə nəfər yaralanıb.

Növbəti sənədlər Xankəndi aeroportunda təyyarə (havaya Yerevan şəhərindən qalxıb) yüklərinin arasından silah-sursatın aşkar edilməsi, Vəliyev Neman Əli oğlunun öldürülməsi, Sədərək kəndinin atəşə tutulması nəticəsində bir neçə nəfərin öldürülməsi, Əliyev Eldəniz İlham oğlunun, Verdiyev Bilal Əbülfəz oğlunun, Məmmədov Sahib Cəmil oğlunun girov götürülərək 6 gün qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onlara işgəncə verilməsi faktları ilə bağlı olub.

Bundan başqa, məhkəmədə Qazax rayonunun Bağanıs Ayrım kəndinə basqın edilməsi faktı üzrə bəzi fotoşəkillər nümayiş etdirilib. Qeyd edilib ki, həmin hadisə üzrə sənədlər əvvəlki məhkəmə iclaslarında tədqiq edilib, zərərçəkmişlər ifadə verib.

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar(Azərtac).

***

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

Mia.az-ın xəbərinə görə, bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun az yaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar, 1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərində evlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərur rayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqın edilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Su qovşağı istismarı idarəsinin yandırılması faktları, Xankəndi Pedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviç barəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da Qurbanov Ələkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini Əsədova Ofeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobil karvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarət yetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanın kobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazax rayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun 10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonunun Günnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digər faktlarla bağlı olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir(azertac).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see116

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see115

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri