Azərbaycan oktyabrda OPEC+ kvotasından gündəlik 104 min barel geri qalıb
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel təşkil edib.
Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 4 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, oktyabrda faktiki hasilat 104 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib. İkinci rübdə isə bu rəqəm 456 min barel olub. Bu ilin üçüncü rübündə isə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 450 min barel təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















