Bakıda “Euronews”un yerli ofisi fəaliyyətə başlayır FOTO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır.
APA xəbər verir ki, bu münasibətlə “Euronews”un ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən “Euronews”un İdarə Heyətinin sədri Pedro Vargas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.
Pedro Vargas David Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib.
Azərbaycan və “Euronews” arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Açılış mərasimi mədəni proqramla davam etdirilib.
Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.
Baxış sayı:91
Bu xəbər 17 Noyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















