Bakıda ev qiymətinə olan qarajlar VİDEO
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli binaların qarajlarında qiymətlər kifayət qədər yüksəkdir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, həmin qarajların digərlərindən ciddi fərqi yoxdur.
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəbi şəhərin birinci zonasında təklifin az, tələbin isə çox olmasıdır. O qeyd edib ki, yüksək qiymətlərlə yanaşı, bu cür qarajların müəyyən riskləri də mövcuddur. Xüsusilə çıxarışı (mülkiyyət sənədi) olmayan dayanacaqların sonradan satışı çətinləşir.
İcarə qiymətlərinə gəlincə, ekspert bildirib ki, belə qarajların aylıq icarə haqqı 250-400 manat arasında dəyişir.
Qeyd edək ki, şəhərin mərkəzindən nisbətən kənar ərazilərdə qaraj qiymətləri daha münasibdir. Məsələn, Nizami rayonu, Sabunçu rayonu və Suraxanı rayonu ərazilərində qarajların qiyməti 10 min manatdan başlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 01 Mart 2026 03:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















