Icma.az
close
up
RU
Bakıda evlər bahalaşacaq, amma hamısı yox Ekspertdən proqnoz

Bakıda evlər bahalaşacaq, amma hamısı yox Ekspertdən proqnoz

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əmlak almaq istəyənlərə xəbərdarlıq edilir ki, elan qiymətinə aldanmasınlar

Daşınmaz əmlak bazarında qiymətlərin dinamikası, alıcıların davranışı və mənzilə olan tələbat son dövrlərdə bazarın əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə yeni tikililərdə və paytaxtın müxtəlif ərazilərində qiymət fərqləri bazarda hansı tendensiyaların formalaşdığı ilə bağlı suallar yaradır.

2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artım tendensiyası davam edir. Mütəxəssislər hesab edirlər ki, daşınmaz əmlakın yerləşdiyi ərazi, investisiya potensialı və ona olan tələbat gələcəkdə həmin aktivin dəyərinin formalaşmasında mühüm rol oynayır. 

Əmlak bazarını dəyərləndirən Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov Sherg.az-a açıqlamasında bildirib ki, yaxın illərdə daşınmaz əmlak bazarında əsas tendensiya qiymətlərin sadəcə artması deyil, bazarın daha seçici və peşəkar xarakter alması olacaq. Bakı da daxil olmaqla, həm Azərbaycanda, həm də qlobal bazarda eyni templə bahalaşan əmlak dövrü tədricən geridə qalır. 

Onun sözlərinə görə, gələcəkdə obyektin yerləşməsi, tikinti keyfiyyəti, hüquqi statusu, likvidliyi və kirayə gəlirliliyi qiymətin formalaşmasında daha böyük rol oynayacaq: “Azərbaycanda bazarın hazırkı dinamikası qiymət artımının davam etdiyini, lakin bunun bütün seqmentlər üzrə eyni olmadığını göstərir. 2026-cı ilin ilk rübündən etibarən mənzil bazarında qiymətlər illik 8,1 faiz artıb. Bu göstərici ilkin bazarda daha yüksək olub. Yaxın dövrdə də yeni tikililərdə keyfiyyət, lokasiya və tikinti xərcləri qiymətlərə ciddi təsir göstərəcək. Lakin bu, bütün mənzillərin eyni sürətlə bahalaşacağı anlamına gəlmir. Əksinə, bazarda qiymət fərqlərinin daha da artmasını gözləyirəm.

Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5, yuxarı həddi isə 7,5 faizdir. İllik inflyasiyanın 5,8 faiz olması da göstərir ki, pulun real dəyəri və kreditin qiyməti daşınmaz əmlak bazarı üçün hələ də mühüm amildir. Faizlərin tədricən aşağı düşməsi ipoteka tələbinə müsbət təsir göstərə bilər. Yaxın illərdə çox ucuz kredit dövrünün başlayacağı gözlənilmir”. 

Ekspert qeyd edib ki, faizlərdə hətta kiçik dəyişiklik belə uzunmüddətli ipoteka ödənişində ciddi fərq yaradır: “Məsələn, 200 min manatlıq 20 illik kredit üzrə faiz dərəcəsinin 8 faizdən 7 faizə düşməsi aylıq ödənişi təxminən 1 674 manatdan 1 551 manata endirir. Yəni cəmi 1 faiz bəndlik dəyişiklik ailənin aylıq yükünü 120 manatdan çox azalda bilər. Buna görə faiz siyasətindəki hər dəyişiklik mənzil bazarında tələbə müəyyən gecikmə ilə, amma real təsir göstərir.

Beynəlxalq təcrübə də yüksək faiz şəraitində daşınmaz əmlak bazarının tam dayanmadığını, lakin davranışların dəyişdiyini göstərir. Böyük Britaniyada 2026-cı ilin mayına qədər ev qiymətlərinin illik artımı 2,3 faiz olub. Eyni zamanda 2026-cı ilin iyulunda ölkə üzrə orta kirayə qiyməti illik artımla 1 393 funt sterlinqə çatıb. Bu, çox vacib bir tendensiyanı göstərir. Faiz və alış xərcləri yüksəldikcə insanların bir hissəsi mənzil almaq əvəzinə kirayədə qalır, investor isə qiymət artımından əlavə kirayə gəlirliliyinə daha çox diqqət yetirir”.

Hüseyn Talıbovun fikrincə, Bakı üçün də eyni məntiq getdikcə aktuallaşacaq: “İnvestor artıq yalnız “mənzil gələcəkdə bahalaşacaqmı?” sualını verməməlidir. Əsas sual aktivin bu gün hansı gəlirliliyi yaratdığı və həmin gəlirliliyin riskə adekvat olub-olmamasıdır. Məsələn, 200 min manatlıq mənzil ayda 1 200 manata kirayəyə verilirsə, illik kirayə gəlirliliyi 7,2 faiz təşkil edir. Lakin boş qalma müddəti, təmir, idarəetmə və digər xərclər nəzərə alınanda real gəlirlilik daha aşağı olacaq. Ona görə gələcəkdə qiymətləndirmədə gəlir yanaşmasının əhəmiyyəti artacaq.

Qarşıdakı illərdə Bakı bazarında əsas fərqlənmə lokasiya və keyfiyyət üzrə olacaq. Metroya, əsas nəqliyyat xətlərinə, məktəbə və iş mərkəzlərinə yaxın, sənədləri qaydasında, keyfiyyətli və idarəetməsi yaxşı olan binalar daha likvid qalacaq. Əksinə, istismar xərcləri yüksək, sənədləşməsi problemli və tələbi zəif obyektlərin qiymət artımı bazarın orta göstəricisindən geri qala bilər. Buna görə gələcək bazarda “mənzil bahalaşacaqmı?” sualından çox “hansı mənzil bahalaşacaq?” sualı əhəmiyyətli olacaq”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycanda Bakı ilə regionların bazarını eyni meyarla qiymətləndirmək mümkün deyil: “Paytaxtda əhali sıxlığı, məşğulluq, təhsil, biznes və xidmət sektoru davamlı tələbi dəstəkləyir. Regionlarda isə daşınmaz əmlakın gələcək dəyəri daha çox yeni iqtisadi fəaliyyət, infrastruktur, turizm və məşğulluq imkanlarından asılı olacaq. Buna görə regionlarda qiymət artımının davamlı olması üçün sadəcə yeni binaların tikilməsi kifayət deyil, real iqtisadi tələb də formalaşmalıdır.

Tikinti xərcləri də mənzil qiymətlərinin kəskin ucuzlaşmasını məhdudlaşdıran amillərdən biri olaraq qalacaq. Torpaq, tikinti materialları, əməkhaqqı və maliyyələşmə xərcləri yeni tikililərin maya dəyərini formalaşdırır. Tələb zəiflədikdə developer həmişə qiyməti birbaşa aşağı salmır. İlkin ödəniş, hissəli ödəniş və ya əlavə xidmətləri dəyişməklə faktiki satış şərtlərini yumşalda bilər. Buna görə elan qiyməti ilə real əqd qiyməti arasında fərqə də diqqət etmək lazımdır”.

Ekspert hesab edir ki, yaxın 3-5 ildə Azərbaycanda daşınmaz əmlak bazarı üçün ən real ssenari kəskin eniş deyil, orta templə nominal artım və seqmentlər üzrə ciddi fərqlənmə olacaq: “Əgər inflyasiya və maliyyələşmə xərcləri nəzarətdə qalarsa, paytaxt bazarında illik təxminən 5-10 faiz diapazonunda nominal qiymət artımı mümkündür. Amma bu rəqəm bazarın bütün hissələrinə aid edilə bilməz. Yüksək tələbatlı və keyfiyyətli obyektlər daha yaxşı nəticə göstərə, likvidliyi zəif əmlak isə hətta nominal qiymətini qoruya bilməyə bilər. Əsas məsələ qiymətin artması yox, həmin artımın real gəlirlər, kirayə bazarı və fundamental tələb tərəfindən dəstəklənməsidir. Yəni qarşıdakı illərdə daşınmaz əmlak bazarında əsas qazanan tərəf sadəcə əmlakı olan deyil, düzgün əmlakı seçən investor olacaq. Bazar daha çox rəqəmə, real əqdlərə, gəlirliliyə və riskə əsaslanan mərhələyə keçir. Hesab edirəm ki, Bakı daşınmaz əmlak bazarının növbəti mərhələsi məhz bu peşəkarlaşma olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri