Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Bakıda kirayə evlər bahalaşacaq?

Bakıda kirayə evlər bahalaşacaq?

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sentyabrın yaxınlaşması ilə Bakının kirayə mənzil bazarında hər il olduğu kimi yeni canlanma başlayır. Bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışına çıxması xüsusilə universitetlərin və metro stansiyalarının yerləşdiyi ərazilərdə kirayə evlərə tələbatı artırır.

Boyukmillet.com xəbər verir ki, mütəxəssislərin proqnozlarına görə, bu il də kirayə mənzillərin qiymətlərində artım gözlənilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Trend-ə açıqlamasına əsasən, avqust-sentyabr dövründə kirayə qiymətlərinin 10–15 faiz artması ehtimal olunur. Ekspert bildirib ki, hər il 50 mindən çox abituriyentin tələbə adını qazanması bazarda əlavə tələb yaradır və mövcud mənzil təklifinin məhdudluğu qiymətlərə təsir edir.

Ən çox hansı ərazilərdə bahalaşma gözlənilir?

Qiymət artımının bütün Bakıda eyni səviyyədə olması gözlənilmir. Əsas təzyiq tələbələrin daha çox üstünlük verdiyi, universitetlərə və nəqliyyat xətlərinə yaxın ərazilərdə hiss oluna bilər.
Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonlarının universitetlərə yaxın hissələri bu baxımdan əsas risk zonasındadır. Bu rayonlarda kirayə mənzillərə tələbin yüksək olması artıq bazarda özünü göstərir.

Hazırkı bazar göstəricilərinə görə də bu ərazilər kirayə baxımından Bakının nisbətən bahalı seqmentindədir. AQP-nin iyun məlumatlarında yeni tikililərdə Nərimanov və Nəsimi üzrə aylıq kirayə göstəriciləri 13–18 AZN/m², Yasamal, Səbail və Xətai üzrə isə 11–15 AZN/m² intervalında göstərilir. Köhnə tikililərdə də Səbail, Nəsimi və Nərimanov daha yüksək qiymət seqmentindədir.

Metro amili də qiymətlərə təsir edə bilər

Bu il kirayə bazarına təsir edən əlavə amillərdən biri də Bakı metrosunda “28 May–Nizami” istiqamətində hərəkətin məhdudlaşdırılmasıdır.

Ekspertlər hesab edirlər ki, bu vəziyyət ümumi bazarı kəskin dəyişməsə də, tələbin ayrı-ayrı ərazilər arasında yenidən bölüşdürülməsinə səbəb ola bilər.

Bu səbəbdən tələbələrin alternativ olaraq nəqliyyat əlaqəsi əlverişli olan ərazilərə yönəlməsi mümkündür.

Vüqar Orucun açıqlamalarında 20 Yanvar, Elmlər və İnşaatçılar həm qiymət, həm də nəqliyyat baxımından uyğun variantlar kimi göstərilib. Daha münasib büdcə üçün isə Əcəmi, Qara Qarayev və Xalqlar istiqamətləri qeyd olunur.

Kirayə bazarında nə baş verəcək?

Ekspertlərin açıqlamalarından belə nəticəyə gəlmək olar ki, sentyabrda əsas yarış ucuz və orta qiymətli mənzillər uğrunda olacaq. Tələbələrin böyük hissəsinin məhdud büdcə ilə ev axtarması səbəbindən metroya yaxın, təmirli və bir neçə tələbənin birlikdə yaşaya biləcəyi 2-3 otaqlı mənzillərə maraq daha da arta bilər.

Hazırkı bazarda rayonlar arasında ciddi qiymət fərqi də var. Məsələn, 2026-cı ilin əvvəlində açıqlanan göstəricilərdə ikiotaqlı yeni tikili mənzillərin orta kirayəsi Səbaildə təxminən 1400, Nəsimidə 1000, Nərimanov və Xətaidə 800, Yasamalda isə 700 manat civarında göstərilib. Bunlar orta göstəricilərdir və konkret mənzilin yerləşdiyi küçə, metroya məsafəsi, təmiri və binanın vəziyyətinə görə qiymət əhəmiyyətli dərəcədə dəyişə bilər.

Beləliklə, sentyabrda Bakıda kirayə bazarında əsas bahalaşmanın tələbələrin və universitet əməkdaşlarının daha çox üstünlük verdiyi ərazilərdə olması gözlənilir. Ən böyük təzyiq isə münasib qiymətli, metroya yaxın və universitetlərə rahat çıxışı olan mənzillərdə yarana bilər. Mövsümi artımın sonradan stabilləşməsi də mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri