Icma.az
close
up
RU
Bakıda evlər bahalaşacaq

Bakıda evlər bahalaşacaq

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Proses uzanarsa və İrandan Türkiyə və Azərbaycana miqrasiya dalğası başlarsa, vəziyyət dəyişəcək. Qaçqın axını baş verdiyi halda kirayə mənzil bazarında ilkin zamanda 15–20% artım olacağını ehtimal edirəm. Əsasən 1-2 otaqlı mənzillərə tələb daha sürətli yüksələcək. Böyük şəhərlərdə qiymət artımı daha yüksək olacaq".

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc ABŞ və İsrailin İrana endirdiyi zərbələrin daşınmaz əmlak bazarına təsiri barədə danışarkən deyib.
O bildirib ki, daşınmaz əmlak bazarı hər zaman geosiyasi proseslərə reaksiya verən sektordur. Regionda hərbi eskalasiya ehtimalı artdıqca iqtisadi bazarlar da risk rejiminə keçir.

"Müharibənin qısamüddətli olacağı təqdirdə bazarda əsasən psixoloji gözləmə mövqeyi formalaşacaq. Lakin proses uzanarsa və İrandan Türkiyə və Azərbaycana miqrasiya dalğası başlarsa, vəziyyət dəyişəcək.

Qaçqın axını baş verdiyi halda kirayə mənzil bazarında ilkin zamanda 15–20% artım olacağını ehtimal edirəm. Əsasən 1-2 otaqlı mənzillərə tələb daha sürətli yüksələcək. Böyük şəhərlərdə qiymət artımı daha yüksək olacaq.

Qısamüddətdə ilk günlər alqı-satqı zəifləyə bilər. Amma qeyri-müəyyənlik artdıqca daşınmaz əmlak yenidən “təhlükəsiz liman”a çevrilir. Bu isə selektiv, yəni seçmə bahalaşma yarada bilər.

Xarici vətəndaşların torpaq ala bilməməsi səbəbindən bu seqmentə təsir dolayı olacaq. Artım mümkündür, lakin mənzil bazarı qədər kəskin deyil.

Qeyri-yaşayış obyektlərinə tələbat miqrasiya axınının tərkibindən asılı olacaq. Hesab edirəm ki, ailə miqrasiyası üstünlük təşkil edəcək və yaşayış sektoru önə çıxacaq, amma kapital axını da baş verdiyi təqdirdə kiçik ticarət və logistika sahələrində canlanma qaçılmazdır.

Riskli olan regionda uzunmüddətli qeyri-sabitlikdir. Enerji qiymətlərinin artımı fonunda makroiqtisadi üstünlük və əmlakın inflyasiyadan qoruyucu alətə çevrilməsi amili daha da güclənəcək".
Ekspert yekun olaraq bildirib ki, münaqişənin müddəti və miqyası proseslərdə həlledici rol oynayacaq. Onun sözlərinə görə qısa eskalasiya bazarı silkələmək gücünə malik olsa da, uzunmüddətli müharibə ciddi dəyişikliklərə səbəb olacaq.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
İslam
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Mart 2026 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri