Bakıda gənc oğlan yaşadığı evin qarşısında bıçaqlandı
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə Xəstəxanayanı küçəsində baş verib.
Belə ki, 2006-ci il təvəllüdlü Azər İsgəndərli yaşadığı evin qarşısında dava zamanı tanışı tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
APA

