Icma.az
close
up
RU
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib FOTO

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib FOTO

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

20 iyun 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgətərəfdaşlığı və “Baku ID” innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub. SİA-nın verdiyi məlumata görə, forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq, karyera imkanlarını müzakirə etmək və gələcək əmək bazarına hazırlıqlı olmalarına dəstək olmaqdır.

Açılış mərasimində millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək, gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən, bu sahədə dövlətimizin gənclər üçün yaratdığı imkanlardan söz açıblar. 200-dən çox gəncin iştirak etdiyi Forumda “Süni intellektin və texnologiyanın gənclərin karyera quruculuğunda rolu: mövcud imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsinə Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli moderatorluq edib. Panelin spikerləri sırasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov, “Technovate-Sabah Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə və “Süni İntellekt HUB”ın həmtəsisçisi Ləman Əliyeva yer alıb.

Müzakirələr zamanı iştirakçılar süni intellekt texnologiyalarının gənclər üçün təqdim etdiyi imkanlardan, bu sahədəki mövcud çağırışlardan və əmək bazarına təsirlərindən bəhs ediblər. Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb. Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süniİntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmalarına, eyni zamanda bu sahədə əlaqələr quraraq şəbəkələşməsinə şərait yaradıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri