Bakıda görüşənədək : Qana buladığı şəhərdə özünə məzarı rəva görmədi
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Bakıda “26 Bakı komissarı” ilə bağlı illərdir davam edən tarixi mübahisələr yenidən gündəmə gəlib.
2009-cu ildə abidənin sökülməsindən sonra aparılan eksqumasiya zamanı 26 deyil, 23 nəfərin qalıqları aşkarlanıb. Anatomik tədqiqatlar qalıqlardan birinin böyük ehtimalla Məşədi Əzizbəyova məxsus olduğunu göstərsə də, Stepan Şaumyan, Amiryan və Avakyanın qalıqlarının tapılmaması onların taleyi ilə bağlı uzun illərdir səslənən iddiaları yenidən aktuallaşdırıb.
Tarixi mənbələrdə Şaumyanın ümumiyyətlə, güllələnmədiyi və sağ qaldığı barədə yayılan versiyalar da müzakirələrin əsas mövzularından biridir.
“Cebheinfo.az”-a açıqlamasında tədqiqatçı alim Zaur Əliyev bildirib ki, 2009-cu il tədqiqatı 26 Bakı komissarının dəfni ilə bağlı yeni faktlar ortaya qoydu:
"2009-cu ilin yanvarın 24-26-da 26 Bakı Komissarının cəsədləri “Sahil bağı”ndan Hövsanda ümumi şəhər qəbiristanlığına köçürülüb. Üç gün ərzində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi əməkdaşlarının və Tarix İnstitutunun mütəxəssislərinin iştirakı ilə orda tədqiqatlar aparılıb və cəmi 23 cəsədin qalıqları tapılıb.
Sahil bağından çıxarılan sümüklərin 23 nəfərə aid olduğu qeyd olunur. Aşkar olunmayan 3 nəfərin hamıdan yaşlı olduğu göstərilir. Məhkəmə-tibbi ekspertizası və tarixi araşdırmalar nəticəsində məzarda qalıqları tapılmayan və 26-ların ən yaşlıları hesab olunan 3 nəfərin kimliyi müəyyənləşdirilməyib: 40 yaşlı Stepan Şaumyan, Bakı Xalq Komissarları Sovetinin sədri idi.Tatevos Əmirov Süvari dəstəsinin komandiri və daşnak idi, 45 yaşı vardı Arsen Avakyan, Bakı şəhərinin komendant köməkçisi idi.
Qəbirdən 3 erməni komissarının başda quberniyada müsəlman qırğınlarının təşkilatçısı olmuş Stepan Şaumyan olmaqla, cəsədinin çıxmaması, Sovet dövründə formalaşdırılmış "26 Bakı komissarının hamısının birlikdə Türkmənistan səhrasında güllələnməsi" mifini alt-üst etdi. Tapıntılar tarixi sənədlərlə, o cümlədən ingilis və gürcü arxivlərinin teleqramları ilə uzlaşaraq, Şaumyan və digər bir neçə erməni rəhbərin Anastas Mikoyanın köməkliyi ilə güllələnmədən yayındırılaraq qaçırılması ehtimalını tamamilə sübuta yetirdi”.
Tarixçi alim əlavə edib ki, “26-lar”ın güllələnməsi barədə o illərdə Cənubi Qafqazda çıxan “İskra”, “Znamya Truda”, “Narodnı Znamen” və başqa qəzetlərdə yazılar verilib:
“Lakin yazıların heç birində Mərkəzi Kaspi Diktaturasının Aşqabad türməsində saxladığı 26 komissarın və onlarla birlikdə həbs etdiyi başqa bolşevik liderlərinin taleyi barədə doğru-düzgün məlumat verilmirdi. Məqalələr Krasnovodskdan gələn və ağızdan-ağıza gəzən xəbərlər əsasında tərtib edilirdi. Dövri mətbuatda bir-birini tutmayan, rəngarəng məlumatlar həqiqəti olduğu kimi verə bilmədi. Çünki o yazıların bir qismində komissarların “izsiz yox olmalarından”, bəzisində onların “güllələnmələrindən”, digərlərində bolşevik liderlərinin Hindistana aparılmaları ətrafında söz-söhbətdən başqa heç bir rəsmi sənədə söykənilmirdi”.
Zaur Əliyev bildirib ki, 1918-ci il güllələnməsindən sonra üç komissarın məzarı Bakıda olmayıb:
“1918-ci ilin sentyabrın 20-də Türkmənistan ərazisində ovaxtkı “Axça-Kuyma” və “Pereval” dəmiryol stansiyaları arasındakı yolun 207-ci kilometrliyində güllələnmiş komissarların siyahısı belə idi: Boqdasar Hayvazyan, Stepan Şaumyan, Məşədi Əzizbəyov, Tatevos Əmirov, Arsen Əmiryan, Meer Basin, Eyjen Berq, Anatoli Boqdanov, Solomon Boqdanov, Armenak Boryan, Mirhəsən Vəzirov, İvan Qabışev, Prokofiy Caparidze, Yakov Zevin, Mark Koqanov, Qriqoriy Korqanov, Aram Kostandyan, İvan Malıgin, İrakli Metaksa, İsay Mişne, İvan Nikolayşvili, Suren Osepyan, Qriqori Petrov, Vladimir Poluxin, Fyodor Solntsev və İvan Fioletov.
Onların üç nəfərinin isə həqiqətən də Bakıda dəfn olunmadığını Anatoli Boqdanovun nəvəsi Dmitri Boqdanov verdiyi açıqlamasında təsdiqlədi:
“Bəli, mən də qohumlarımdan və xüsusilə də atamdan eşitmişdim ki, Bakıda komissarların hamısı basdırılmayıb”.
Tədqiqatçı alim vurğulayıb ki, tarixi teleqram Şaumyanın əsir kimi dəyişdirilməsi ehtimalını göstərir:
“O dövrdə Bakı komissarları haqqında məsələləri araşdırmaqla məşğul olan Çaykin 1919-cu ildə general Tomsona komissarların güllələnməsinə dair şahidlərin olduğunu bildirsə də, 1922-ci ildə nəşr etdiyi “Rusiya inqilabının tarixinə dair” kitabında Bakı komissarlarının Hindistana aparılması fikirlərinin sübuta yetirilməsinə səy göstərib.
Şaumyanın və digərlərinin Hindistana gedişi başqa bir sənədlə də təsdiqlənir. 1919-cu il fevralın 26-da Gürcüstanın diplomatik nümayəndəsi Tiflisdən Azərbaycan Respublikasının xarici işlər nazirinə belə bir teleqram göndərib:
“Tiflis radiostansiyası Astraxandan Sokolovun (güman ki, senatorun-red.) adına göndərilən, hərbi əsirlərin – Şaumyan və başqalarının müttəfiq missiyanın həbs edilmiş üzvləri ilə dəyişdirilməsinə aid radioteleqram tutub. Teleqram aşağıdakı sözlərlə bitir: “Tezliklə Bakıda görüşənədək”” Bu faktlar məsələni mübahisəli hala gətirir".
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 21 Sentyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















