Icma.az
close
up
RU
Qana bələnmiş yaddaş Bakıda erməni dövləti?!.

Qana bələnmiş yaddaş Bakıda erməni dövləti?!.

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əkbər QOŞALI

Siyasi tarixin dərinliklərinə enəndə nə görürük? - Bəşəriyyətin xronikası sadəcə savaşlar və anlaşmalardan ibarət olmayıb, həm də, uzun illər unudulmağa məhkum edilən insan faciələrinin səssiz çığırtıları ilə doludur. Azərbaycanlıların 31 Mart 1918-ci ildə baş verən soyqırımı, təkcə bir xalqın tarixi faciəsi deyil, həm də imperialist oyunların qurbanı olan bir millətin yaddaşında silinməz iz buraxan hadisədir. Bu, yalnız keçmişin yox, eləcə də bu günün və gələcəyin geosiyasi kodlarını açlqlayır.

Soyqırımının arxasında nə dayanırdı?

I Dünya müharibəsi - çökməkdə olan imperiyaların qanlı izlər buraxdığı bir geosiyasi teatr idi. Osmanlı İmperiyasının zəifləməsi, Çar Rusiyasının çöküşü və bolşevik inqilabının yaratdığı xaos Qafqazları bir boşluğa sürükləmişdi. Bu boşluqdan yararlanan erməni millətçi dairələri və Bakı Sovetinin bolşevik-daşnak ittifaqı Azərbaycan əhalisinə qarşı amansız soyqırımı siyasətinə başladı.

1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik qüvvələri Bakıda və digər bölgələrdə 30 mindən çox azərbaycanlını qətlə yetirdi. Bu, sadəcə etnik qırğın olmayıb, strateji və ideoloji məqsədlər daşıyan planlı bir etnik təmizləmə idi. Şamaxı, Quba, Qarabağ və Zəngəzurda həyata keçirilən kütləvi qırğınlar təkcə insanları fiziki məhv etmədi, həm də Azərbaycan xalqının mədəni-mənəvi yaddaşına hücum kimi baş verdi. Bütün əməli çalışma sahələri ilə yanaşı, məscidlər, mədrəsələr, qəbristanlıqlar, tarixi abidələr, mədəni miras, milli yaddaş hədəfə alındı. Xalq, ölkə böyük bir barbarlıqla, vandallıqla üz-üzə qalmışdı…

Mifik “Böyük Ermənistan” və gerçəkliyin əks-sədası

Soyqırımı törədənlərin öz əməllərini tarixdə (avand olmasa) “haqq davası” kimi göstərməyə çalışması da təəccüblü deyil. - XIX yüzildən etibarən erməni ideoloqları tərəfindən irəli sürülən əsassız “Böyük Ermənistan” xülyası, tarixi saxtalaşdırma siyasətinin bir bölümünə çevrilib. Halbuki, tarix gerçək faktlarla yazılır və bu gerçəklik onu göstərir ki, 1918-ci ilin hadisələri yalnız Azərbaycanın deyil, bütün bölgənin etnik-siyasi mənzərəsini dəyişdirmək məqsədilə törədilən genişmiqyaslı bir soyqırımı aktı idi. Ermənilər üçün bir dövlət qondarmaq lazım idi - ağaları belə düşünürdü - əslində, bu, bir layihə idi. Deməli, ermənilərin tarixdəki ilk dövlətini Tiflisi mərkəz alaraq qurmaq (bəlkə Stalin və digər gürcü bolşeviklər üzündən, başqa bir çox səbəbdən) alınmayınca, Bakı mərkəzli erməni dövləti qurmağa girişdilər. - Bəli, qırğınlar, Bakıda erməni dövləti qurmaq kimi çox çirkin bir məqsədlə törədilmişdi və ermənilərçün strateji anlam daşıyırdı.

O adıyaman layihə də alınmadığı üçün üçüncü variant işləmə alındı: ilk erməni dövləti İrəvan mərkəzli qurulası oldu. Tanrı qoymasa, A, B variantları baş tutmayınca, ermənilər C variantına razı oldu…

Yeri gəlmişkən, icrasının 100-cü ildönümündən başlayaraq, C variantı üzrə gerçəkləşmiş həmin o adıyaman layihənin “verimliliy”inin başa çatdığı barədə tutarlı iddialar vardır; sabah-birisigün, “layihə tamamən fəs edilmişdir” desələr, şaşırmayalım…

1918-dən günümüzə:

geosiyasi kontekstdə soyqırımın təsiri

Azərbaycan xalqı bu qanlı faciəni təkcə bir tarix səhifəsi kimi görmür, bu, milli kimliyimizin və geosiyasi gerçəkliyimizin önəmli bir parçasıdır. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərman məsələyə dövlət səviyyəsində tarixi-hüquqi qiymət vermək üçün atılan çox vacib addım oldu.

2007-ci ildə Qubada kütləvi məzarlığın aşkarlanması, beynəlxalq ekspertizaların orada üzə çıxardığı həqiqətlər 1918-ci ilin mart qırğınlarının miqyasını yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Azərbaycan diplomatiyası, bu gün xarici siyasət strategiyası çərçivəsində 31 Mart Soyqırımını təkcə hüquqi aspektdə deyil, həm də geosiyasi kontekstdə beynəlxalq müzakirələrə çıxarmaqdadır. Çünki soyqırımı, yalnız Azərbaycan tarixinin bir bölümü olmaqda qalmayıb, həm də Qafqazda etnik təmizləmə və geosiyasi manipulyasiyaların canlı sübutudur.

Tarixin dərsləri və gələcəyin çağırışı

1918-ci ilin mart-aprel faciəsi, yalnız bir xalqın yox, bütöv bir bölgənin tarixi travmasıdır. Unudulan tarix, təkrarlanmağa məhkumdur – bu gerçəklikdən çıxış edərək, Azərbaycan dövləti və xalqı, tarixinin bu qaranlıq səhifəsini dünya ictimaiyyətinə çatdırmaq üçün çalışmaqda haqlıdır. Tarix sadəcə keçmişin toplusu deyil, o, gələcək üçün də bir yol xəritəsidir.

5 il öncə tarixi Zəfərə imza atan qalib Azərbaycanın güclənən mövqeyi, beynəlxalq səviyyədə artan nüfuzu 31 Mart Soyqırımının gerçək mahiyyətinin dünya səhnəsində tanıdılması üçün yeni imkanlar açır.

31 Mart Soyırımı qurbanlarının qanı yerdə, ruhu narahatçılıqlar içində qalmayıb - öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etmiş, güclü, müstəqil Azərbaycan bütün dönəmlərdəki şəhidlərimizin ruhunu şad edib!

Bu il Ramazan Novruzun - Yenigünün həmən ardınca bayram edilir və həm də, bayramın ikinci günü 31 Marta düşür… Bu, sanki ölkəmizin, xalqımızın yeni fəslini, ağırlığının-uğurluğunun keçmişdə qaldığını, bizə matəm yaşadanların dərsinin verildiyini, keçmişin qaramatından silkinib çıxmağımızı və Zəfərimizi simvolizə edir. Beş il öncəyədək ovqatımız, ictimai-siyasi, mədəni-mənəvi iqlimimiz belə deyildi, belə yaraşdırmalarımız yox idi…

Bəli, bu tarix, anım günü olmaqla birgə, həm də ədalət uğrunda mübarizənin simvoludur.

Soyqırımı qurbanlarının xatirəsi qarşısında borcumuz isə həqiqəti yaşatmaq və gələcək nəsillərə ləyaqətlə ötürməkdir.

Tarixdən çıxarılan dərslər bizə göstərir ki, belə faciələrin təkrarlanmasının qarşısını güclü dövlət və milli birlik sayəsində almaq mümkündür.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Mart 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri