“Bakıda görüşərik” Ərdoğan (VİDEO)
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib.
"Unikal" xəbər verir ki, İlham Əliyev Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yenidən ayaqüstü görüşüb. Türkiyə Prezidenti dövlət başçısı ilə sağollaşarkən “Bakıda görüşərik” deyib.

