Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
2026-cı ilin yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 454 min 838 müraciət qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, həmin müraciətlər üzrə 752 min 331 sayda xidmət göstərilib.
Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,9 faiz təşkil edib:
• Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
• “Asan İmza” sertifikatlarının verilməsi;
• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
• Vergi ödəyicisinə arayışların verilməsi;
• Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
• Fiziki şəxsin uçotdan çıxarılması.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 22,7 min yazılı müraciət cavablandırılıb, onlara 18,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 4348 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 5379 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,6 milyon SMS göndərilib.
Yanvar-oktyabr ayları üzrə ümumilikdə 253 min 774 müraciət üzrə 401 min 349 “ASAN İmza” sertifikatı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















