Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda ötən gündən müşahidə olunan güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 15-i axşam saatlarından başlayan və bütün gecə davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülüb.
Birliyin növbətçi briqadaları hadisə qeydə alınan ərazilərə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnikanın və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqlar aradan qaldırılıb.
Qeyd olunub ki, güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq Birliyin əməkdaşları şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirlərini davam etdirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 16 Noyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















