Ağac avtomobilin və ya evin üzərinə aşarsa, zərəri kim ödəyəcək? EKSPERTDƏN AÇIQLAMA KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Güclü külək nəticəsində ağacların aşaraq avtomobillərə, fərdi yaşayış evlərinə, mənzillərə və digər əmlaklara ziyan vurması halları maddi itkilərə səbəb olur. Belə vəziyyətlərdə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də dəymiş zərərin sığorta şirkətləri tərəfindən qarşılanıb-qarşılanmamasıdır.
Bəs ağacın aşması nəticəsində avtomobilə və ya evə ziyan dəydikdə sığorta ödənişi almaq mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, bu cür hadisələrdə dəymiş zərərin qarşılanması əmlakın hansı sığorta növü ilə sığortalanmasından asılıdır.
“Güclü külək zamanı ağacların avtomobillərin üzərinə aşması, eləcə də fərdi yaşayış və bağ evlərinə, mənzillərə, qeyri-yaşayış obyektlərinə ziyan vurması halları ilə rastlaşılır. Belə vəziyyətlərdə əmlakın sığortası olduğu təqdirdə və sığorta təminatının şərtləri hadisəni əhatə etdikdə ödəniş almaq mümkündür”.
O, qeyd edib ki, fərdi yaşayış evləri, bağ evləri və qeyri-yaşayış obyektləri üzrə icbari və ya könüllü daşınmaz əmlak sığortası mövcud olduqda dəymiş zərər qarşılana bilər.
Avtomobillərə gəlincə, ekspert bildirib ki, ağacın aşması nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər yalnız könüllü KASKO sığortası çərçivəsində ödənilir. Bunun üçün avtomobil sahibinin qüvvədə olan KASKO müqaviləsi olmalıdır.
Emil Ağabağırovun sözlərinə görə, ağacın qırılaraq avtomobilin üzərinə düşməsi və nəqliyyat vasitəsini zədələməsi KASKO sığortası üzrə sığorta hadisəsi hesab olunur və bu halda sığorta şirkəti tərəfindən ödəniş həyata keçirilə bilər.
Beləliklə, güclü külək zamanı ağacların aşması nəticəsində yaranan maddi zərərin qarşılanması əmlakın sığorta növündən və müqavilənin şərtlərindən asılıdır. Vətəndaşların bu cür gözlənilməz hadisələrdən yaranan maliyyə itkilərini azaltmaq üçün sığorta təminatının əhatə dairəsini əvvəlcədən dəqiqləşdirməsi vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















