Icma.az
close
up
RU
Bakıda hamilələri nikah şəhadətnaməsi olmadan doğum evinə buraxmırlar?

Bakıda hamilələri nikah şəhadətnaməsi olmadan doğum evinə buraxmırlar?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bu gün qohumumuz uşaq dünyaya gətirib. Xəstəxananın qapısından qadını içəri buraxmırdılar ki, nikah kağızı olmasa, doğuma ala bilmərik. Kağızı güc-bəla ilə evdən tapıb, şəklini çəkdirib atıblar, sonra xəstəni qəbul ediblər".

Oxu.Az xəbər verir ki, belə bir şikayət sosial şəbəkədə paylaşılıb.

Vətəndaş: "Qanunvericilikdə belə bir maddə var, yoxsa xəstəxananın özünün qoyduğu "qanun"dur?" - sualını verib və qeyd edib ki, söhbət Bakıxanov qəsəbəsindəki 2 nömrəli doğum evindən gedir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq belə bir halın yaşanmadığı diqqətə çatdırıldı.

"Tabeliyimizdə olan tibb müəssisəsindən bildirilib ki, onlarda nə bu günlərdə, nə də yaxın tarix ərzində belə bir hal yaşanıb, onlar heç kimdən nikah şəhadətnaməsi tələb etmirlər, xüsusən də xidmət təcili tələb olunursa. Hətta ağır vəziyyətdə, huşu üstündə olmayan xəstədən şəxsiyyət vəsiqəsi belə tələb olunmur, ona ilk növbədə tibbi xidmət göstərilir. Daha sonra sığorta ilə onu qarşılamaq üçün şəxsiyyət vəsiqəsi istənilir.

Hər bir vətəndaşın sağlamlığının qorunması üçün tibb müəssisəsinə maneəsiz müraciət etmək hüququ var. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bu hüquq qanunvericiliklə nəzərdə tutulmamış hər hansı bir sənədin tələb edilməsi ilə müşayiət olunmur və bu səbəbdən vətəndaşdan tibbi xidmətin göstərilməsi müqabilində nikah haqqında şəhadətnamənin istənilməsi qanunauyğun deyil. Qeyd edək ki, vətəndaş tibbi xidmət almaq və icbari tibbi sığortadan yararlanmaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir", - deyə açıqlamada bildirilir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri