Icma.az
close
up
RU
Bakıda hər kəs eyni vaxtda işə gəlməyəcək AÇIQLAMA

Bakıda hər kəs eyni vaxtda işə gəlməyəcək AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Deputat Vüqar Bayramov bildirib ki, Bakıda nəqliyyat sıxlığını azaltmaq üçün 2026-cı ildən etibarən dəyişkən iş qrafikinin tətbiqi planlaşdırılır. Yəni dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də bəzi digər təşkilatlar işə eyni saatda başlamayacaqlar. Müəssisələr üçün fərqli işə başlama və bitirmə saatları müəyyən ediləcək ki, səhər və axşam saatlarında yaranan tıxacların yükü bölüşdürülsün.

Bu tətbiq tıxac probleminin qarşısını ala bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, bu proses və tədbirlər mərhələli şəkildə, daha nizamlı və intizamlı formada, əvvəlcədən müəyyən edilmiş qrafik əsasında həyata keçirilərsə, əlbəttə ki, Bakı və ətraf ərazilərdə tıxac probleminin müəyyən qədər azalmasına nail olmaq mümkündür:

"Düzdür, Bakıda tıxacın yaranmasına səbəb olan amillər kifayət qədər çoxdur. Lakin belə bir yanaşma az da olsa müsbət təsir göstərə bilər. Bu qrafiki hər bir qurum öz fəaliyyət xüsusiyyətlərinə uyğun müəyyən etməlidir. Ancaq əsas məsələ qrafiklərin bir-birindən fərqlənməsidir. Burada yaxşı və effektiv koordinasiyaya ehtiyac var. Müvafiq dövlət qurumları bu prosesi əlaqələndirməlidirlər ki, tətbiq olunan mexanizm həqiqətən nəticə versin.

Məktəblərin, iş yerlərinin və universitetlərin iş rejimini tənzimləmək mümkündür. Hətta eyni qurum daxilində müxtəlif şöbələrin işə fərqli saatlarda başlaması nəzərdə tutula bilər. Məsələn, məktəblərdə dərslər bir saatda, universitetlərdə isə başqa saatda başlaya bilər. Dövlət idarələrində də oxşar yanaşmanı tətbiq etmək mümkündür. Belə ki, dövlət qurumları fəaliyyət istiqamətlərinə görə qruplaşdırıla bilər və hər qrup üçün fərqli iş saatları müəyyən edilə bilər. Bu halda işə daha tez başlayanlar iş gününü daha tez başa vuracaq, işə gec başlayanlar isə daha gec çıxacaqlar. Beləliklə, nəqliyyat axını gün ərzində daha balanslı şəkildə bölüşdürülə və pik saatlardakı yüklənmənin müəyyən qədər qarşısı alına bilər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri