Icma.az
close
up
RU
Bakıda “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbir keçirilib

Bakıda “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbir keçirilib

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bakıda COP29 çərçivəsində “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər” adlı tədbir keçirilib.
Reyting.az
xəbər verir ki, tədbirdə COP29-un iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, digər özəl və dövlət qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə KOB-ların "yaşıl keçid"ə qoşulmasının vacibliyi vurğulanıb. KOB-lar qeyd ediblər ki, iqlim dəyişikliyi ilə mübarizə onlar üçün də prioritetdir. KOB-ların "yaşıl iqtisadiyyat"a keçməsinin bütün iqtisadiyyata təsir etdiyi nəzərə çatdırılıb və bildirilib ki, KOB-lar dünyada təchizat zəncirinin əsas hərəkətverici qüvvəsidir. Onlar bir sıra ölkələrinin iqtisadiyyatlarının 90 %-ni təşkil edir.
Qeyd edilib ki, KOB-ların ədalətli keçidin təminatçısı kimi fəaliyyət göstərməsi üçün lazım olan məsuliyyət və tədbirlər təkcə KOB-ların özlərinin deyil, daha böyük təşkilatların üzərinə düşür.
Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə KOB-lar arasında əməkdaşlığın artırılması imkanları, KOB-ların prosesə daha sıx cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin əsas kampaniyasıdır və 2024-cü ilin sentyabr ayında Nyu-York İqlim Həftəsində təqdim olunub. COP29 Fəaliyyət Gündəliyi proqramının bir hissəsi kimi keçirilən bu xüsusi tədbir, biznes, maliyyə, akademiya, yerli hökumətlər və şəhərlər, beynəlxalq təşkilatlar və siyasətçiləri bir araya gətirərək KOB-ların sıfır karbonlu və dayanıqlı bir gələcəyə keçid prosesində daha sistemli dəstək olma yollarını araşdırmaq məqsədi daşıyır. KOB-lar haqqında bu xüsusi tədbir Yüksək Səviyyəli İqlim Çempionun xüsusi tədbirində vurğulanan məsələlərə əlavədir və Marrakeş Tərəfdaşlığı/GCA proqramlaşdırması çərçivəsində digər Fəaliyyət Gündəliyi tədbirlərində KOB-ların uğur hekayələri və perspektivlərinin məqsədli şəkildə yerləşdirilməsini də nəzərdə tutur(Report).

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri