Icma.az
close
up
RU
Bakıda iyrənc aksesuarlar satılır AÇIQLAMA

Bakıda iyrənc aksesuarlar satılır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtın sosial media seqmentində yayılan qəribə görüntülər son günlər insanların həm marağına, həm də narahatlığına səbəb olub. Söhbət insan qanından hazırlandığı iddia edilən aksessuarlardan gedir ki, bu da cəmiyyətdə etik və hüquqi müstəvidə kəskin müzakirələrə yol açıb. İnternet üzərindən sürətlə paylaşılan bəzi videoların fonunda insanların belə addıma necə yol verdiyi və bu hərəkətin kütləyə ötürdüyü mesajlar əsas müzakirə mövzusudur.
Məsələnin görünməyən tərəflərinə və yarada biləcəyi fəsadlara aydınlıq gətirən sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür halların kökündə rəqəmsal dünyada daha çox diqqət çəkmək və maddi qazanc əldə etmək həvəsi dayanır. Onun qənaətincə, sosial şəbəkələrdə izləyici sayını artırmaq istəyi bəzən bütün mənəvi dəyərlərin kənara itələnməsi ilə nəticələnir. Sosioloq bildirir ki, “İnsanlar ağıla gələn hər cür saxta, yalan, təxribat xarakterli məlumatları cəmiyyətə rahatlıqla ötürürlər. Bu isə cəmiyyətə ciddi psixoloji təsir göstərir, ümumi əhval-ruhiyyəyə və insanların psixologiyasına mənfi təsir edir, sosial təhlükə yaradır”.
Hazırda sosial şəbəkələr faktiki olaraq kütləvi informasiya vasitələrinin funksiyasını yerinə yetirir, lakin burada məsuliyyət və nəzarət məsələsi hələ də ciddi suallar doğurur. Ekspert hesab edir ki, mənbəyi bəlli olmayan və sübuta söykənməyən məlumatların yayılmasına görə konkret tənzimləmə mexanizmləri işə düşməlidir. Elçin Bayramlı vurğulayır ki, “Burada mütləq tənzimləyici mexanizmlər, nəzarət sistemi və cəzalandırma qaydaları olmalıdır. Mənbəsi müəyyən olunmayan, təsdiq olunmamış və sübutu olmayan məlumatlar yalan hesab edilir və insanlar üçün mənəvi zərər yaradır. İnsanlar bilməlidir ki, yalnız 5–10 manat qazanmaq və ya bir neçə izləyici cəlb etmək məqsədilə cəmiyyətə zərər vermək qəbul edilə bilməz”.
İnternet azadlığı hər kəsə ağlına gələn hər şeyi paylaşıb cəmiyyəti çaşdırmaq hüququ vermir. Real xəbərlər və tənqidlərlə yanaşı, yalan və təxribat xarakterli paylaşımların qarşısının alınması vacibdir. Sosioloqun fikrincə, “İnsanlar öz fikirlərini, real xəbərləri və hətta tənqidlərini açıqlaya bilər, amma böhtan, şantaj, yalan və təxribat xarakterli məlumatlar yaymaq qadağan edilməlidir. Medianın etik kodeksləri bütün kütləvi informasiya vasitələri üçün, eləcə də bloqerlər və sosial şəbəkə istifadəçiləri üçün tətbiq olunmalıdır”.
Cəmiyyəti gərginlikdə saxlayan bu cür tendensiyaların təkrarlanmaması üçün həm qanuni, həm də sosial məsuliyyətin artırılmasına ehtiyac duyulur. Ekspert nəticə olaraq qeyd edir ki, “Yalnız bu yolla belə təhlükəli tendensiyanın qarşısı alınmış olar. Hər kəs başa düşməlidir ki, cəmiyyətə zərər verən hər bir hərəkət qanuni və sosial məsuliyyət daşıyır və bunun cəzası olmalıdır”.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see275

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see273

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see267

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see263

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see246

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see238

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see215

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see209

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see206

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see206

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see203

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see201

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see199

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see198

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see183

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see180

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see176

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see176

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see169

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri