Bakıda işıqforun rəngini dəyişə bilən cihazlar satılır AÇIQLAMA
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bir müddətdir ki, avtomobillərdə işıqforun rəngini dəyişdirdiyi iddia olunan xüsusi cihazların istifadə olunması ilə bağlı məlumatlar müzakirə mövzusuna çevrilib. Bəzi sürücülərin bu cür texnologiyalardan istifadə etməsi yol hərəkətinin təhlükəsizliyi baxımından ciddi suallar yaradır. Yol hərəkətinin idarə olunmasına qanunsuz müdaxilə həm inzibati, həm də daha ağır hüquqi məsuliyyətə səbəb ola bilər.
Bəs belə cihazlardan istifadə qanunvericilik baxımından necə qiymətləndirilir?
Məsələ barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev bildirib ki, işıqforun fəaliyyətinə müdaxilə edən və ya onu dəyişdirməyə imkan verən hər hansı cihazdan istifadə qanunvericiliklə qadağandır:
“Bu cür hərəkətlər yol hərəkətinin təhlükəsizliyinə ciddi risk yaradır və digər hərəkət iştirakçılarının həyatına təhlükə törədə bilər. Belə hallarda məsələ əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində qiymətləndirilə bilər. Əgər sürücü texniki vasitə ilə işıqforun iş prinsipinə müdaxilə edir və nəticədə yol hərəkəti qaydalarının pozulmasına səbəb olursa, bu, inzibati məsuliyyət doğura bilər. Lakin bu müdaxilə qəza, xəsarət və ya başqa ağır nəticələrə gətirib çıxararsa, artıq cinayət məsuliyyəti məsələsi də gündəmə gələ bilər”.
O deyib ki, belə cihazların istifadəsi yol hərəkətinin idarə olunmasına qanunsuzdur:
“Yol hərəkətinin təhlükəsizliyi dövlət tərəfindən tənzimlənən sahədir. İşıqfor kimi idarəetmə vasitələrinə müdaxilə etmək qanunla qəti şəkildə qadağandır. Buna görə də sürücülərə bu cür cihazlardan istifadə etməmək və yol hərəkəti qaydalarına riayət etmək tövsiyə olunur. Əgər bu müdaxilə qəza və ya ağır nəticələrə səbəb olarsa, məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi çərçivəsində qiymətləndirilə və daha ağır cəzalar tətbiq oluna bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakıda iyrənc aksesuarlar satılır AÇIQLAMA
12 Fevral 2026 18:20
Bakıda bu ünvanlarda saxta proteinlər satılır AÇIQLAMA
03 Aprel 2026 18:18
Bakıda ən bahalı mənzillər bu ünvanlarda satılır AÇIQLAMA
01 Oktyabr 2026 23:21
Dünyada təşviş doğuran qida Bakıda da satılır? Şirkətdən AÇIQLAMA
20 Aprel 2026 15:32
Bakıda yumurta bahalaşıb? (AÇIQLAMA)
24 Dekabr 2024 13:49
Baxış sayı:111
Bu xəbər 11 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları